Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4382

Digər sorğular

Maliyyə resursları 10 bankın əlində cəmləşib – SİYAHI

12:31  |    28 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Devalvasiyanın bank sektorunda yaratdığı ən ciddi problemlərdən biri resursların daha sərt şəkildə təmərküzləşməsidir. Fins.az xəbər verir ki, bu barədə fikirlərini iqtisadçı ekspert Rövşən Ağayev bölüşüb.


İqtisadçı bildirib ki, təmərküzləşmə problemi devalvasiyadan öncə də mövcud idi, amma son 2 ildə daha sərt şəkildə davam edib. “2014-cü ilin yekunlarına görə, bank aktivlərinin təmərküzləşməsi üzrə Herfindal indeksi 1450-yə bərabər idi. Bu indeks 1000-1800 intervalında olduqda orta səviyyədə təmərküzləşməni nümayiş etdirir. 1800-ü ötdükdə “yüksək təmərküzləşmə” səviyyəsi hesab edilir”.

2016-cı ilin 9 ayının yekunlarına görə, top 10-luqda olan bankların aktivlərinin həcmi əsasında aparılan qiymətləndirməyə görə, Azərbaycanın bank sektorunda aktivlərin təmərküzləşməsi üzrə konsentrasiya indeksi 1950-yə yüksəlib.

Bu isə o deməkdir ki, ölkənin maliyyə resurslarının 80%-i bu bankların əlində cəmlənib:
1. Azərbaycan Beynəlxalq Bankı
2. Kapital Bank
3. Paşabank
4. Xalq Bank
5. Accessbank
6. Bank Respublika
7. Azər Türk Bank
8. Unibank
9. Azərbaycan Sənaye Bankı
10. Bank of Baku

Xatırladaq ki, bu araşdırma bankların 2016-cı ilin 9 ayının nəticələrinə əsasən aparılıb. Yalnız Azərbaycan Beynəlxalq Bankı 9 aylıq hesabatları açıqlamadığına görə indeksi bankın 6 aylıq nəticələrinə əsasən müəyyən edilib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.02.2017
ABƏŞ ötən il SOCAR-a 2,75 mlrd. kubmetr səmt qazı verib
21.02.2017
SOCAR Ukraynada qaz satışına başlayıb
21.02.2017
Ukrayna Azərbaycan mallarının və xidmətlərinin idxalını 50% artırıb
18.02.2017
İtaliyanin iqtisadiyyat naziri gələn həftə Azərbaycana səfər edəcək
18.02.2017
TANAP layihəsi üzrə əməliyyat işlərinə başlanacağı vaxt açıqlandı