Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4812

Digər sorğular

Umud Rəhimoğlu Rusiya səfirliyini ziyarət edərək başsağlığı verib -FOTOLAR

10:13  |    28 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin Soçidən Suriyaya uçarkən qəzaya uğramasıyla əlaqədar başsağlığı verib.

Cənab Rəhimoğlu və BAMF-ın digər əməkdaşları bu gün Rusiya səfirliyinə gedərək , səfirliyin qaşısına gül dəstəsi qoyub. Əvvəlcədən məlumat verildiyi kimi, Rusiyada matəm elan olunması ilə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib. Səfirliyin rəsmisi Denis Apaşkinlə görüşündə isə BAMF sədri hadisəyə görə çox kədərləndiyini bildirib və qurbanların ailələrinə başsağlığı verib.

Xatırladaq ki, dünən səhər saatlarında Suriyaya istiqamət alan Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 93 nəfər - 8 ekipaj üzvü və 85 sərnişin olub.



Sərnişinlər arasında 8 hərbçi, Aleksandrov adına hərbi ansamblın 64 artisti, Rusiya telekanallarının 9 əməkdaşı, "Ədalətli yardım" xeyriyyə fondunun rəhbəri Yelizaveta Qlinka və iki federal məmur olub.



Qəza ilə bağlı cinayət işi başlanılıb.



Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
16.08.2017
Binəqədi-Novxanı avtomobil yolu çöküb - FOTO
16.08.2017
Azərbaycanda arxeoloji qazıntı zamanı aşkarlanmış nadir tapıntılar oğurlanıb
16.08.2017
“Turan“ agentliyində axtarış aparılır
16.08.2017
Magistratura üzrə keçid balları açıqlandı
16.08.2017
Azərbaycan-Fransa arxeoloji ekspedisiyası Naxçıvanda erkən eneolit dövrü məskənini aşkarladı