Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4547

Digər sorğular

Dərman idxalçılarına xəbərdarlıq edildi

11:01  |    28 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) dərman vasitələrinin qablaşdırmasının türk dilində olmasına icazə verilməsi ilə bağlı dərman vasitəsi idxalçılarına və xarici istehsalçı şirkətlərin Azərbaycandakı rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib.


APA-nın xəbərinə görə, xəbərdarlıqda bildirilib ki, Nazirlər Kabinetinin 16 dekabr 2016-cı il tarixli 513 nömrəli qərarı ilə “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”na dəyişiklik edilərək dərman vasitəsinin qablaşdırmasının Azərbaycan, rus və ingilis dillərindən başqa, həm də türk dilində olmasına icazə verilib.

Qeyd olunub ki, türk dilində qablaşdırmaları olan dərman vasitələrini idxal edə bilmək üçün istehsalçı tərəfindən həmin qablaşdırmalar Azərbaycan Respublikasında “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 8 nömrəli Əlavəsinə uyğun olaraq qeydiyyata salınmalı və təsdiq edilməlidir, həmçinin istifadə təlimatının Azərbaycan dilində olması mütləqdir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
27.04.2017
Sabah 25 dərəcə isti olacaq
27.04.2017
“Ruh” Jurnalistlərin Müdafiəsi İB Oğuzda “dəyirmi masa” keçirib -FOTOLAR
27.04.2017
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar tədbir keçirilib
27.04.2017
Şəhər və rayondaxili avtobuslar bu şəxslərə pulsuz olacaq - YENİLİK
25.04.2017
Türkiyənin ailə və sosial siyasət naziri Bakıya gəlib