Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4382

Digər sorğular

DƏHŞƏTLİ STATİSTİKA: Cənub bölgəsində 300 müəllim tədris etdiyi fəndən 0 bal aldı

23:34  |    27 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Bu il cənub bölgəsində (Lerik, Yardımlı, Astara, Masallı, Lənkəran) baş tutan müəllimlərin diaqnostik imtahanında 7426 nəfər iştirak edib.

İmtahanda iştirak edən 2764 ibtidai sinif müəllimindən 269-u, 704 riyaziyyat müəllimindən isə 33 nəfəri tədris etdiyi fəndən 0 (sıfır) qiymət alıb.
Qaziler.az bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov Publika.az-a açıqlamasında deyib.
Ekspert rəqəmləri rayon təhsil şöbələrindən, rəsmi mənbələrdən əldə etdiyini bildirib.
Bu rayonlar üzrə nəticələrin çox aşağı olduğunu deyən ekspert paytaxtda da məlumatların ürəkaçan olmadığını qeyd edib: “2014-cü ildən bu vaxta qədər keçirilən imtahanlardan iştirak edən paytaxt məktəblərində çalışan müəllimlərin 15 faizinin tədris etdiyi fəndən anlayışı olmadığı müəyyən olunub. İmtahanda 60 sualdan 40-ı müəllimin tədris etdiyi fənn, 20-i metodikadandır. Ümumilikdə 6 suala cavab verən (10 faizdən yüksək nəticə göstərən) müəllim diaqnostik qiymətləndirmədən keçmiş hesab edilir. Bakıda müəllimlərdən 15 faizi öz fənnindən 4, metodikada 2 suala düzgün cavab verməyib. 60 faiz isə orta nəticə göstərib. Bu vaxta qədər keçirilən diaqnostik qiymətləndirmədə yalnız 3 müəllim maksimum nəticə göstərib. Görün övladlarımıza kimlər savad, bilik verir”.
Ekspertin fikrincə, imtahan suallarının çətinlik dərəcəsinin artırılmasını vacibdir: “Təklif edirəm ki, qısa müddət ərzində müəllimlərin ciddi şəkildə attestasiyası keçirilsin və bunu neytral bir qurum reallaşdırsın. Sadə suallar yox, normal səviyyədə olan suallar verilsin. Bundan sonra imtahandan keçən müəllimə dövlət qulluqçusu statusu vermək və əmək haqqını ciddi şəkildə qaldırmaq olar”.
Ekspertin açıqladığı rəqəmlərlə bağlı Təhsil Nazirliyinə ünvanladığımız sorğuya cavab gəldiyi an onu da yayacağıq.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.02.2017
QHT-lərimiz Gürcüstanın Ədliyyə nazirinə müraciət etdilər - Zəlimxan Məmmədliyə görə
18.02.2017
Ohanyanı kabinetində döyüblər - ETİRAFI
17.02.2017
Rayonlarda vəziyyət necədir? — VİDEO
28.01.2017
İcra başçısını yoxladılar: KÜLLİ MİQDARDA MƏNİMSƏMƏ — RƏSMİ
25.01.2017
“Gənc Əkinçi” Akademiyası II dəfə yenidən başladı