Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4823

Digər sorğular

“Gömrükçü həyatı“ adlı fotosərgi keçirildi

17:00  |    27 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Bu gün Muzey Mərkəzinin Sərgi Qalereyasında Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı, həvəskar fotoqraf Aydın Mehdiyevin "Gömrükçü həyatı" adlı fərdi fotosərgisi keçirilir.

"APA-Economics" xəbər verir ki, sərginin açılışında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, DGK sədri Aydın Əliyev, qurum əməkdaşları və digərləri iştirak edir.

Sərginin açılışında çıxış edən A. Əliyev qeyd edib ki, 120 şəkilin sərgiləndiyi fotosərgi DGK-nin yaradılmasının 25 illiyinə həsr olunub. Müəllif fotokameranın yaddaşına gömrük əməkdaşlarının gündəlik iş fəaliyyəti ilə bağlı məqamları köçürüb. Şəkillər 2016-cı ilin oktyabr-noyabr aylarında, bir neçə gün ərzində Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Astara, Balakən, Biləsuvar, Tovuz, Xaçmaz, Culfa, Sədərək, Şahtaxtı və digər gömrük idarələrində çəkilib.

"Fotolarda gömrük xidmətinin inkişaf etmiş infrastruktura malik olmaqla - quru, hava və dəniz yollarında ölkəmizin iqtisadi mənafeyini və təhlükəsizliyini hansı səviyyədə qorumasından, qaçaqmalçılığa qarşı necə mübarizə aparmasından, ümumiyyətlə, gömrük əməkdaşlarının fəaliyyətindən bəhs edilir", - deyə qurum rəhbəri bildirib.

Azərbaycanda indiyədək bir sıra sərgiləri keçirilən A. Mehdiyev, eyni zamanda, ölkə xaricində təşkil olunan fotosərgilərə qatılıb.

BP şirkətinin Avropa paytaxtlarında - London, Paris, Cenevrə və digər şəhərlərdə keçirdiyi “Azərbaycan obyektivdə” adlı fotosərgidə iştirak edib, ABŞ-ın nüfuzlu “View Bug” fotomüsabiqəsində isə onun əsəri peşəkar fotoqrafların müsabiqəyə təqdim etdiyi 116 min foto arasında ilk onluğa düşüb.

2012-ci ildə Azərbaycanda “İlin fotoqrafı” adını qazanan A. Mehdiyev həmin ildə Rusiyanın Sankt-Peterburq şəhərində "Azərbaycan diasporu Rusiyada" adlı fotosərginin iştirakçısı olub, həmçinin Rusiyanın şimal paytaxtındakı Boris Yeltsin adına Prezident Kitabxanasında keçirilən fotomüsabiqədə "Müasir texnologiyalar" nominasiyası üzrə I yerə layiq görülüb.

18 ildən artıq gömrük orqanlarında xidmət edən A. Mehdiyev elmi nailiyyətləri ilə də diqqət çəkir. Fizika-riyaziyyat elmləri namizədi, texnika elmləri doktoru olan A. Mehdiyev 56 elmi məqalənin, iki kitabın müəllifidir.

Sərgi dekabrın 30-dək davam edəcək.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.08.2017
Hakerlərdən yeni hədə: “Taxt oyunları” serialının finalını yayacağıq”
20.08.2017
Məşhur amerikalı aktyor vəfat edib
19.08.2017
Araz Ağalarov: “Sentyabrda Moskvada Müslüm Maqomayevin barelyefi quraşdırılacaq“
17.08.2017
Moskvada Müslüm Maqomayevin xatirəsi yad edilib - FOTO
17.08.2017
Heydər Əliyev Sarayında “Məşhurlar və övladları” adlı konsert baş tutacaq