Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4470

Digər sorğular

Varis Moskvada mükafat aldı

15:57  |    26 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Yazıçı Varis Beynəlxalq Moskva Ədəbiyyat Mükafatının qalibi olub. Kulis.azın məlumatına görə mükafatlandırma mərasimi dekabrın 24-ü “Şaqal” klubunda baş tutub.

O, «Yanvarın 13 günü» romanı ilə «Fəlsəfi ədəbiyyat» nominasiyasında «müasir yazar» dərəcəsi ilə qalib olub.

Moskva Ədəbiyyat Mükafatı 2015-ci ildə Rusiya Prezidenti Vladimir Putinin həmin ili «Ədəbiyyat ili» elan etməsi şərəfinə, Moskva şəhər rəhbərliyinin təşəbbüsüylə Rusiya Yazıçılar Birliyi, «Rossiyskiy kolokol» ədəbiyyat jurnalı və İnternational Writers Union (İWU) təsisatı tərəfindən təsis edilib.

Mükafat komissiyasının yaydığı rəsmi məlumata görə bu il komissiyaya 5000-dən yuxarı əsər təqdim olunmuşdur ki, onlardan da ən yaxşıları «Fantastika», «Fəlsəfi ədəbiyyat», «Ruhani ədəbiyyat», «Vətənpərvərlik ədəbiyyatı» və «Uşaq ədəbiyyatı» kimi 5 nominasiyada öncə long (uzun), sonra şort (qısa) siyahılara düşmüş, final mərhələsinə vəsiqə qazanıb. Nəhayət, tərkibi gizli saxlanılan münsiflər heyəti gizli səsvermə yolu ilə hər nominasiyadan 3 dərəcə üzrə (1-ci dərəcə: klassik yazar, 2-ci dərəcə: müasir yazar; 3-cü dərəcə: debütant yazar) laureatları müəyyənləşdirilib.


Xatırladaq ki, bu roman 2015-ci ilin dekabrında Moskvada nüfuzlu «Sovremenniki i klassiki» vintaj seriyasından çıxıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
26.03.2017
10 yaşlı azərbaycanlı rusları heyran etdi - video
24.03.2017
Həsənağa Turabov şəxsiyyətini qoruyan kişi idi - XATİRƏ
21.03.2017
Azərbaycanın əməkdar artisti dünyasını dəyişdi
20.03.2017
Cavid “Ukraynanın səsi“ndə daha bir mərhələ keçdi - video
19.03.2017
Azərbaycanlı iştirakçı “Sən supersən!”də hamını heyran etdi — VİDEO