Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4304

Digər sorğular

Mehriban Əliyeva Ağaxan Abdullayevlə vida mərasimində iştirak edib

14:45  |    26 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi başlayıb. APA-nın xəbərinə görə, vida mərasimi Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirilir.

Vida mərasimində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edir.

Sənətkar Türkanda kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Xalq artisti A. Abdullayev 1950-ci ildə Bakının Əmircan kəndində anadan olub, 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub, 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb.



Muğam ustası 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib. 1992-ci ildə Əməkdar artisti fəxri adına, 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb, prezident təqaüdçüsü olub. 2000-ci ildə pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 10 may 2015-ci ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.01.2017
Türkiyədə ustad Şəhriyarın 110 illik yubileyi keçiriləcək
23.01.2017
Xalça Muzeyində “Bir eksponatın tarixi” - ÜZƏRLİK QABI
22.01.2017
Məşhur aparıcı üzündə eyni anda üç əməliyyat keçiribFOTO
21.01.2017
“Lambada“ mahnısının ifaçısının qətlinin səbəbi məlum olub
21.01.2017
Türkiyənin məşhur aktyoru vəfat etdi