Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4383

Digər sorğular

Xalq artisti Ağaxan Abdullayev dünyasını dəyişib

15:47  |    25 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Xalq artisti Ağaxan Abdullayev vəfat edib. Lent.az-ın məlumatına görə, o, uzun sürən xəstəlik nəticəsində bu gün vəfat edib.

Qaziler.az xəbər verir ki, Xalq artisti Məhsum İbrahimov xəbəri Lent.az-a təsdiqləyib. A.Abdullayev onkoloji xəstəlikdən əziyyət çəkirdi. Dekabrın 15-də ustad xanəndənin oğlunun toyu olmuşdu.

Allah rəhmət eləsin.

Qeyd edək ki, Abdullayev Ağaxan Minaxan oğlu 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1958-1968-ci illərdə 84 saylı orta məkəbdə təhsil alıb. 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub.

1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb.

1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.

1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsü olub.

2000-ci ildə pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 2001-ci ildə Azərbaycan Respublikası Simurq Milli Mükafat Fondu, 2002-ci ildə "Humay" Milli Mükafatı, 2003-cü ildə "Yaşa Azərbaycan" mükafatı ilə təltif olunub.

10 may 2015-ci ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.


Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.02.2017
Azərbaycanda Tatarıstan mətbəxi günü keçiriləcək
20.02.2017
Xalq artistinin 90 illiyi qeyd olunacaq
20.02.2017
Akademik Milli Dram Teatrında Lütfü Məmmədbəyovun xatirə tədbiri keçiriləcək
20.02.2017
Opera və Balet Teatrının solisti Belarusda çıxış edəcək
20.02.2017
“Qafqaz Albaniyasının Yaloylutəpə tipli qab” mövzusunda mühazirə -FOTOLAR