Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4812

Digər sorğular

AMEA prezidentinin gözünə nə olub?FOTO

11:44  |    25 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə gözündəki problemi əks etirən fotoların sosial şəbəkələrdə yayılmasını və müzakirə mövzusuna çevrilməsini şərh edib.

Qaziler.az xəbər verir ki, Akademik A.Əlizadə Ölkə.Az-a açıqlamasında gözündən əməliyyat olunduğunu bildirib:

“Gözümlə bağlı yayılan məlumatlardan xəbərim var. Axı burada qeyri-adi nə var? Bu, hər bir adamın başına gələ bilər. Allahdan arzu edirəm ki, bu cür hadisə heç kəsin başına gəlməsin”.

A.Əlizadə həmçinin qeyd edib ki, Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsində AMEA-nın fəaliyyəti üçün ayrılan vəsaitlərin həcmində azalma nəzərdə tutulmayıb:

“AMEA-nın 2017-ci ildə fəaliyyəti üçün ayrılacaq vəsaitlərin həcmində azalma nəzərdə tutulmur. Bununla bağlı səslənən bəzi fikirlər doğru deyil. AMEA-nın büdcəsində heç bir azalma olmayıb, əksinə 2016-cı ildəki qədər saxlanılıb. Akademiya 2016-cı ildə necə inkişaf edibsə, 2017-ci ildə də eyni templə inkişaf edəcək. Hətta, 2017-ci ildə AMEA-nın özü belə gəlir gətirmək imkanı yaradıb”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
16.08.2017
Binəqədi-Novxanı avtomobil yolu çöküb - FOTO
16.08.2017
Azərbaycanda arxeoloji qazıntı zamanı aşkarlanmış nadir tapıntılar oğurlanıb
16.08.2017
“Turan“ agentliyində axtarış aparılır
16.08.2017
Magistratura üzrə keçid balları açıqlandı
16.08.2017
Azərbaycan-Fransa arxeoloji ekspedisiyası Naxçıvanda erkən eneolit dövrü məskənini aşkarladı