Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4554

Digər sorğular

Bakı-Tbilisi-Qars dəmir yolu ilə ildə 5 milyon ton yük və 1 milyon sərnişin daşınacaq

13:32  |    24 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Prezident İlham Əliyevin təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikilən və əhəmiyyətinə görə "Dəmir İpək yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gələn il başa çatacaq. Bu layihənin reallaşması Asiya və Avropa dəmir yollarının inteqrasiyasına öz töhfəsini verəcək və Çindən Avropaya yüklərin çatdırılması 12-15 gün ərzində mümkün olacaq. İlkin mərhələdə yeni dəmir yolu xətti üzrə il ərzində 5 milyon ton yük və 1 milyon sərnişin daşınması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.

Ümumiyyətlə, Azərbaycan Çinlə Avropa arasında olan yükdaşımaların Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə həyata keçirilməsinə xüsusi önəm verir.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayında Çinin Lyanyunqan vilayətindən yola düşən konteyner qatarı Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə hərəkət edərək 15 gün ərzində İstanbula çatmışdır. Halbuki ənənəvi okean daşımaları vasitəsilə Çindən Türkiyə istiqamətindəki yükdaşımalara 25-30 gün sərf olunur.

Azərbaycan, həmçinin "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında da aktiv fəaliyyət göstərən ölkələrdəndir. Məhz bu baxımdan Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi, eləcə də Azərbaycan və İran sərhədində dəmir yolu məntəqələrinin birləşməsi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra edilib. Qeyri-neft sektorunun inkişafına əhəmiyyətli töhfə verəcək istiqamətlərdən biri kimi ölkə ərazisindən tranzit yükdaşımaların həcmi artırılır. Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması, tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipinin tətbiqi, iritonnajlı yük avtomobillərinin keçid prosedurlarının sadələşdirilməsi, gediş-gəliş xərclərinin təqribən 40 faizədək aşağı salınması nəticəsində 2016-cı ilin 9 ayında ölkə ərazisindən 16 minə yaxın yük avtomobili keçib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
29.04.2017
Türkiyədə “Vikipediya”ya giriş bağlandı
29.04.2017
UNEC xarici ticarətə kadr dəstəyi verəcək- FOTOLAR
28.04.2017
Mayın ilk gününə dolların MƏZƏNNƏSİ
28.04.2017
İlham Əliyev Sumqayıtda Karbamid zavodunda tikinti işlərinin gedişi ilə tanış olub
28.04.2017
Azərbaycan Türkiyəyə qaz ixracını kəskin azaltdı