Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4403

Digər sorğular

“ELM ŞƏNLİYİ” LAYİHƏSİNİN SON TƏDBİR MƏRHƏLƏSİ İŞİNƏ BAŞLAYIB

15:23  |    23 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

23 dekabr 2016-cı il tarixində Xəzər Universitetinin Mərmər salonunda “Elm şənliyi” layihəsinin son tədbir mərhələsi işinə başladı.

Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Misir Mədəniyyət və Təhsil əlaqələri Mərkəzinin, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun, Xəzər Universitetinin, Azərbaycan Arxeoloqlar Cəmiyyətinin və Baku New Hotel-in dəstəyi və adı çəkilən müəssisələrin əməkdaşlarının təşəbbüsü ilə gerçəkləşdirildi.

Bu barədə QAZİLER.AZ-a tədbirin təşkilat komitəsindən məlumat verilib.

Tədbiri giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının Sədri - Prof. Hamlet İsaxanlı açdı. Natiq çıxışında elmin gənclər arasında populyarlaşdırılmasının vaciblyini vurğuladı və bu istiqamətdə keçirilən bütün tədbirlərin “Xəzər” Universiteti tərəfindən dəstəkləndiyini bildirdi.



Daha sonra çıxış edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutununu direktoru Maisə Rəhimova gənc arxeoloqlar tərəfindən Qarabağ ərazisində aparılan tədqiqatlardan söz açdı.



Yaponiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Tsuquo Takahaşi çıxışında Azərbaycanla Yaponiya arasında elm üzrə əməkdaşlığın dərinləşməsi, Yaponiyanın inkişafında yapon gənclərinin elm sahələrində əldə etdiyi uğurun rolu mövzusuna toxundu.



Həmçinin, tədbirdə iştirak edən Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru doktor Əhməd Sami Elaydi çıxışında Azərbaycanla Misiri bağlayan tarixi və müasir əlaqələrə, iki ölkə arasında dərinləşən münasibətlərə diqqəti çəkdi.



Daha sonra tədbir çərçivəsində müxtəlif institutların əməkdaşları elmi-populyar mövzularda seminar keçirdilər.



AMEA Şərqşünaslıq institunun f.ü.f.d. Fərda Əsədovun (“Xəzər türkləri və Avropa”), AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Pərviz Qasımovun (“Azərbaycan kurqanların sirrləri”), ixtiraçı-mühəndis İlqar Həsənəlizadənin (“İxtiraçılıq haqqında”), Mingəçevir Dövlət Universitetinin b.ü.f.d. Vüsalə Mustafayevanın (“Botanikanın müasir problemlərinin həllində morfo-anatomik tədqiqatların rolu”), Qobustan Milli tarix bədii qoruğunun elmi katibi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı Rəhman Abdullayevin (“Qayaüstü təsvirlərin sənədləşdirilməsində 3D metodunun tətbiqi”) və d. vizual görüntülərlə müşayət olunan təqdimat-seminarları böyük marağa səbəb oldu.



Tədbirin qonaqları Xəzər Universiteti tələbələrinin hazırladığı Azərbaycan və Qədim Dünya tarixinə aid, həmçinin, digər elm sahələrini əks etdirən eksponatlardan ibarət sərgiyə böyük maraq göstərirdilər. Qeyd edək ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Milli Tarix Muzeyinin, Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunun, Kimya-Biologiya təmayüllü Respublika liseyinin, Nizami rayonu Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak edirlər.



Hal-hazırda “Elm şənliyi” layihəsi çərçivəsində Qədim Şərq tarixi üzrə elmi müsabiqənin final mərhələsi işinə başlamışdır. Final mərhələdə respublikamızın dörd ali təhsil ocaqlarının (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialı) 5 tələbə komandaları yarışacaqlar.

Xatırldaq ki, “Elm şənliyi” layihəsi çərçivəsində Qədim Şərqin tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatı üzrə intellektual müsabiqə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilməkdədir.



Həmçinin, Xəzər Universitetinin qızlardan ibarət rəqs ansamblı qonaqlar qarşısında çıxış edərək “Elm şənliyinə” xüsusi şən atmosfer qatdılar.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
01.03.2017
Mehriban Əliyeva Pirşağıda körpələr evi-uşaq bağçasının açılışını edib - FOTO
01.03.2017
“Xaricdən gətirilən onlarla erməni muzdlusu məhv edilib, zirehli texnika vurulub“ - rəsmi açıqlama
01.03.2017
Müşfiqin heykəlinin bərpası başladı
01.03.2017
Baş Prokurorluq Bakıda qətlə yetirilən qadınla bağlı məlumat yayıb
01.03.2017
Əli İnsanovun həbs müddəti artırıldı