Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4550

Digər sorğular

Bu il 36,5 faiz gənc işlə təmin olunub

14:50  |    23 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, cari ilin 11 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə məşğulluğu təmin edilənlərin 36,5 faizi gənclərdən ibarət olub.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin yanvar-noyabr aylarında münasib işlərlə təmin edilən 55 118 nəfərdən 20 111 nəfəri və ya 36,5 faizi gənclərdən ibarət olub.

Qeyd olunan dövrdə işçi qüvvəsinin əmək bazarında rəqabətədavamlı peşələrə yiyələnməsi üçün 3 560 nəfər (o cümlədən nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində 320 nəfər) peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib ki, onlardan 2 345 nəfərini (66 faiz) gənclər təşkil edib.

Xidmətin Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək Birjaları vasitəsilə boş vaxtları ərzində əlavə qazanc əldə etmək istəyən 2926 nəfər qısa müddətli, o cümlədən birdəfəlik və ya mövsümi işlərə göndərilib. Həmin şəxslərdən 1 227 nəfəri (42 faiz), eləcə də haqqı ödənilən ictimai işlərə göndərilən 1 142 nəfərdən 315 nəfəri (27,6 faiz) gənclər olub.

Tələbə və məzunların əmək bazarına inteqrasiyasında xüsusi önəm kəsb edən “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri cari ildə də davam etdirilib. Bu il Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərlərində fəaliyyət göstərən 10 ali təhsil müəssisəsində keçirilən aktiv məşğulluq tədbirlərində 370 müəssisəyə aid 1 838 boş (vakant) iş yeri tələbə və məzunlara təqdim olunub. Tədbirlər zamanı tələbə və məzunlara işəgötürənlərlə ilk əlaqələrin qurulması, onlara özləri barədə məlumatları (CV) təqdim etmələri, habelə əmək bazarı barədə ətraflı məlumat almaları üçün imkanlar yaradılıb.

Yanvar-noyabr aylarında Xidmətin xətti ilə təşkil olunan peşəyönümü tədbirlərində 102 337 nəfər gənc müasir əmək bazarında peşə və ixtisaslara olan tələblər haqqında məlumatlandırılıb. Düzgün peşə və ixtisas seçmələri məqsədilə gənclərə peşəyönümü məsləhətləri verilib və əmək bazarına dair sualları cavablandırılıb, onlara aktiv məşğulluq tədbirləri barədə məlumatları əhatə edən çap materialları təqdim edilib. BMT İnkişaf Proqramı ilə birgə icra edilən “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin davamı olaraq, Masallı rayonunda və Gəncə şəhərindəki SYSLAB Təlim-Tədris Mərkəzlərində gənclərin SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə müasir iş axtarışı bacarıqlarına yiyələnmələrinə dəstək məqsədilə təlimlər təşkil edilib.





Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
27.04.2017
Quba almalarının İrəvana müdaxiləsi: hələ də satışdadır, istehsalçı şirkət “bizə dəxli yoxdur” deyir...
27.04.2017
Daşkəsəndə əməliyyat: iri şirkətin anbarından tonlarla leş əti aşkarlandı
27.04.2017
Bakıdakı “Beşmərtəbə” dairəsi ləğv olundu
27.04.2017
Azərbaycanda övladlığa götürülmüş 63 uşaq geri alınıb
27.04.2017
76 nəfər valideynlik hüququndan məhrum edilib