Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4966

Digər sorğular

İsrailli eskpert Azərbaycanın hərbi gücü haqda

17:00  |    23 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Başa çatmaqda olan 2016-cı il çoxvektorlu diplomatiya siyasətini davam etdirən Azərbaycanın xarici siyasəti üçün uğurlu olub.

Bunu Trend-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut deyib.


Ekspert qeyd edib ki, rəsmi Bakı ölkənin milli maraqlarına əsaslanan kifayət qədər praqmatik xarici siyasət yürüdür.

A.Qut deyib: “Azərbaycan region dövlətləri ilə - Rusiya, Türkiyə və İranla yaxşı münasibətlər qura bilib”.

Onun sözlərinə görə, bu il İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana tarixi səfəri baş tutdu. Bu, bir daha İsrail və Azərbaycan arasında əməkdaşlığın vacibliyini təsdiq edir.

Ekspert bildirib: “İran prezidenti Həsən Ruhaninin Ermənistana səfər etməsinə baxmayaraq, Azərbaycan İranla sabit münasibətləri saxlaya bilir. Azərbaycan dostunun və düşməninin harada olduğunu yaxşı bilir”.

Qutun sözlərinə görə, bu il Dağlıq Qarabağ münaqişəsi nöqteyi-nəzərindən də uğurlu il olub.

Ekspert deyib: “Bu ilin aprelində erməni və Azərbaycan qoşunları arasında ciddi toqquşma baş verdi. Azərbaycan ordusu yeni İsrail texnologiyalarından da istifadə etməklə sərt reaksiya göstərdi. Aprel toqquşmaları onu göstərdi ki, Azərbaycan ötən əsrin 90-cı illərində olan ölkə deyil. Bu gün Azərbaycan işğal olunmuş ərazilərini azad etməyə hazırdır. Rəsmi Bakı heç vaxt status-kvoya razı olmayacaq və Cənubi Qafqazda ikinci erməni dövlətinin qurulmasına imkan verməyəcək”.

O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin “açarı” Yerevanda yox, Moskvadadır:

“Bu ilin aprel ayındakı hadisələr göstərdi ki, Rusiya kiminlə iş görməli olduğunu gözəl başa düşür. Azərbaycan Rusiya üçün çox vacib iqtisadi və sənaye tərəfdaşıdır. Ermənistana isə Rusiya yalnız maliyyə yatırır və əvəzində heç nə əldə etmir".
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.10.2017
Azərbaycana kərə yağının idxalı 2 dəfə azaldı - ölkədə qıtlıq yarana bilər
21.10.2017
Gələn il iqtisadi artım nəyin hesabına olacaq?
21.10.2017
Neft yenə bahalaşıb
21.10.2017
Qızıl xeyli ucuzlaşdı
20.10.2017
Rusiya 33 ton pomidoru Azərbaycana qaytardı