Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4823

Digər sorğular

Məktəblərdə dərsdənkənar məşğələlər ləğv edilir

12:19  |    23 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

“Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisi dayandırılacaq
Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.

APA-nın xəbərinə görə, bu dəyişikliklər təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, 2016/2017-ci dərs ilinin ikinci yarım ilindən həyata keçiriləcək.


Dəyişiklərin edilməsində məqsəd ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesini ağırlaşdıran amillərin aradan qaldırılmasını və şagirdlərin həftəlik təlim yükünün optimal tənzimlənməsini, habelə beşgünlük tədris həftəsinin tətbiqində səmərəliliyin artırılmasını tətbiq etməkdir.

Belə ki, tədris planlarında dərsdənkənar məşğələlərə, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılan saatlar hesabına təşkil edilən “Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisi dayandırılacaq. İkinci yarım ildən dərsdənkənar məşğələlərə ayrılan saatlar I-VII siniflərin hər biri üçün 1 saat, VIII-IX siniflərin hər biri üçün 2 saat müəyyən ediləcək.

Qeyd edək ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə edilən dəyişikliyə əsasən, tədris ili sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünür: birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edir. Dərs ili ərzində tətillər 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.08.2017
Azərbaycan Gürcüstana ikinci helikopteri göndərib
18.08.2017
3350 tələbə ali məktəbini dəyişmək istəyir
17.08.2017
Sabaha olan hava proqnozu açıqlanıb
16.08.2017
Qarabağ müharibəsi əlillərinə ev verildi
15.08.2017
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulunun vaxtı uzadılıb