Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5478

Digər sorğular

Muxtar Maniyev dəfn olunub - YENİLƏNİB

18:00  |    22 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Xalq artisti Muxtar Maniyevlə vida mərasimi başa çatıb.

APA-nın məlumatına görə, Təzə Pir məscidində keçirilən vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev M. Maniyevin vəfatını Azərbaycan mədəniyyəti üçün ağır itki kimi dəyərləndirib.


Nazir qeyd edib ki, M. Maniyevin rol aldığı filmlərdə özünəməxsus yeri olub: “Muxtar Maniyevin oynadığı rollar daim tamaşaçı marağı, tamaşaçı sevgisi ilə qarşılanıb. O, hər zaman ətrafa müsbət emosiyalar bəxş edən aktyor, kino xadimi olub”.

Azərbaycan Film Kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib ki, M. Maniyev Azərbaycan kino tarixində ən çox filmə çəkilən aktyorlardan biridir: “Onun yoxluğu kinomuz üçün böyük itkidir. Muxtar müəllim son illər xəstəliklərdən əziyyət çəkirdi. Onun ailəsi, Azərbaycan dövlət bu müddət ərzində Muxtar müəllimə diqqətlə yanaşıb. Muxtar Maniyevin xatirəsi bizim qəlbimizdə hər zaman yaşayacaq və biz onu həmişə hörmətlə yad edəcəyik”.

Mərhum vida mərasiminin ardından Qala qəbiristanlıqda dəfn olunub.

Qeyd edək ki, M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox filmdə müxtəlif rollar oynayıb.

Aktyor dekabrın 22-də dünyasını dəyişib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
23.04.2018
"Azərbaycanda "Azdrama"dan o yana teatr yoxdur" - Xalq artisti
20.04.2018
Cənnətlik qarı - VİDEO
18.04.2018
Musiqili Teatr heyətini dəyişir - işçi qəbulu elan edib
17.04.2018
"Yoldaşım dedi ki, ilim çıxan kimi evlən" - əməkdar artist
16.04.2018
Akademik Milli Dram Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək - FOTO