Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4547

Digər sorğular

Pensiyalarda artım dinamikası 2017-ci ildə də davam edəcək - NAZİR

17:36  |    22 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

“Növbəti il pensiyalar üzrə xərclər, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə xərclərin artacağı gözlənilir”.

QAZİLER.AZ xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının internet saytına (www.yap.org.az) verdiyi müsahibəsində deyib.


S.Müslümov bildirib ki, növbəti il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri cari ilin icra göstəricisinə nisbətən 248 mln. manat və ya 8 faiz çox olmaqla 3,4 mlrd. manat həcmində olacaq: “ Həmin vəsait hesabına əmək pensiyaları üzrə xərclərin 229 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə xərclərin 5,6 milyon manat, digər xərclərin isə 13,4 milyon manat artacağı gözlənilir. 2017-ci ildə Fondun xərclərinin 97,6 faizinin, yəni 3318 mln. manatın məhz əhaliyə ödənişlərə yönəldilməsi proqnozlaşdırılır ki, bu da 2016-cı ilin gözlənilən icra göstəricisindən 234 mln. manat və ya 7,6 faiz çoxdur”.



S.Müslümovun sözlərinə görə, əmək pensiyalarının ödənişi xərclərinin əhaliyə ödənişlərin 97 faizini təşkil edərək, 2016-cı ilin gözlənilən icra göstəricisindən 7,7 faiz çox, yəni 3214 mln. manat həcmində olacağı nəzərdə tutulur: “ Gələn il də əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin yekunlarına görə indeksləşdirilməsi təmin olunacaq və bu məqsədlə 127 mln. manat vəsaitin sərf olunacağı gözlənilir. Ümumilikdə pensiyaçıların sosial müdafiəsi tədbirlərinin reallaşdırılması nəticəsində pensiyalarda mütəmadi artım dinamikası 2017-ci ildə də davam edəcək və növbəti ildə əmək pensiyalarının orta aylıq məbləğinin 5,8 faiz artaraq 202,3 manata çatacağı proqnozlaşdırılır”.



“Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 104,4 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2016-cı ilin gözlənilən icra göstəricisinə görə 5,6 mln. manat və ya 5,7 faiz çoxdur. Sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə xərclərdə artımın səbəbləri ölkə üzrə orta aylıq əmək haqqı məbləğində proqnozlaşdırılan artım, bu müavinətlər üçün müraciət sahəsində tətbiq olunan elektron xidmətlərdən istifadənin çoxalması və s. ilə bağlıdır. Göründüyü kimi, gələn il büdcədə sosial müdafiə sisteminin istiqamətləri üzrə xərclərin artırılması təmin ediləcək”, -deyə, S.Müslümov əlavə edib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
27.04.2017
Sabah 25 dərəcə isti olacaq
27.04.2017
“Ruh” Jurnalistlərin Müdafiəsi İB Oğuzda “dəyirmi masa” keçirib -FOTOLAR
27.04.2017
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar tədbir keçirilib
27.04.2017
Şəhər və rayondaxili avtobuslar bu şəxslərə pulsuz olacaq - YENİLİK
25.04.2017
Türkiyənin ailə və sosial siyasət naziri Bakıya gəlib