Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4968

Digər sorğular

Azərbaycanda işsizlikdən sığorta sistemi yaradılacaq

17:38  |    22 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

İşsizlikdən sığorta sistemi əmək fəaliyyəti ilə məşğul olan şəxslərin bu fəaliyyət nəticəsində əldə etdikləri gəlirlərin sosial risklər nəticəsində itirilməsi hallarında həmin gəlirlərin kompensasiya olunmasına xidmət edir.

QAZİLER.AZ-ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının internet saytına (www.yap.org.az) müsahibə verən Əmək və əhalinin sosial müdafiəsi naziri iqtisad elmləri doktoru, professor Səlim Müslümov deyib ki, “İşsizlikdən sığorta haqqında” qanun layihəsi Türkiyə, ABŞ, Yaponiya, Almaniya, Estoniya, Fransa, İtaliya, Ukrayna və başqa dövlətlərin təcrübəsi diqqətlə öyrənilməklə, bu sahədə ən mütərəqqi prinsiplər əsas götürülməklə hazırlanıb.

S.Müslümovun sözlərinə görə, işsizlikdən icbari sığorta üzrə tariflər dünyada tətbiq olunan müvafiq tariflər üzrə ən aşağı səviyyədə, yəni sığortaedənlər üçün əməyin ödənişi fondunun 0,5 faizi, sığorta olunanlar üçün əmək haqqının və qanunvericilikdə müəyyən olunmuş qaydada əmək müqaviləsinə xitam verildikdə işdənçıxma müavinəti istisna olmaqla digər ödənişlərin (əlavələrin və mükafatların) 0,5 faizi məbləğində, yəni cəmi 1 faiz miqdarında müəyyən edilib.

Nazir qeyd edib ki, bu sığorta tarifləri hazırda mövcud olan vahid sığorta haqqına daxil deyildir. Sığorta ödənişi həyata keçirilmiş işçi işsiz qaldığı təqdirdə ona sığorta ödənişinin verilmə müddəti ilk dəfə müraciət zamanı 6 aydan, təkrar müraciət zamanı isə 3 aydan artıq olmayaraq nəzərdə tutulur.



Beynəlxalq təcrübədə işsizlikdən sığorta sistemi onun mahiyyətinə uyğun olaraq əslində sosial müdafiə sisteminin əhatə etdiyi tədbirlərdən biri kimi qəbul olunduğunu vurğulayan S.Müslümov deyib ki, belə bir sistemin qurulması Azərbaycanda həm işsizlərin sosial müdafiəsinin güclənməsində, həm də daha səmərəli və çevik aktiv əmək bazarı siyasətinin icrasında uğurlu bir addım olacaq.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.10.2017
Cocuq-Mərcanlıya ikinci köç gözlənilir
22.10.2017
İçərisində qadınlar və uşaqlar olan evləri sökürlər – XƏTAİDƏ QANUNSUZLUQ-ALLAHSIZLIQ!
20.10.2017
Uşaq əməyinin istismarı ilə bağlı seminar keçirilib
20.10.2017
Əmək, məşğulluq və sosial müdafiə məsələlərinə dair beynəlxalq elmi-praktik konfrans keçirilib
20.10.2017
Məcburi köçkünlərə aylıq müavinət barədə elektron qaydada məlumat veriləcək