Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4812

Digər sorğular

Azərbaycan və erməni müğənniləri İsraildə bir səhnədə - VİDEO

20:14  |    21 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Azərbaycan və erməni musiqiçiləri məşhur klarnet ifaçısı David Davidovun Təl-Əvivdə təşkil etdiyi təntənəli mərasimdə eyni səhnədə birgə çıxış ediblər.

Virtualaz.org-un məlumatına görə, Davidov "Ermitaj" restoranında öz oğulunu ad gününü keçirib və müxtəlif millətlərin musiqiçilərini - azərbaycanlıları, erməniləri və gürcüləri ora dəvət edib.

Mərasimdə Azərbaycanı axşamın əsas “musiqi simalarından” olan Ceyhun Bakinski, eləcə də Xəyyam Nisanov və Rafael Hacıyev təmsil ediblər. Bizim ifaçılar Azərbaycan dilində çoxlu mahnılar oxuyub, həmçinin tamaşaçıları "Bakı şansonu" janrının kompozisiyaları ilə sevindiriblər.

Erməni müğənnisi Anqelina Kaplan da səhnəyə çıxıb və başqa nəğmələrlə bərabər, "Yerevan" mahnısını da ifa edib.

Zalda daha bir məşhur klarnet ifaçısı, Bakı ermənisi Mixail Mirzabekov da olub və o, Azərbaycan müğənnilərini fəal alqışlayaraq melodiyalarımız altında rəqs edib.

Gecədə Azərbaycan triosu bir neçə mahnı ifa etdikdən sonra “Dolya vorovskaya”nı da oxumağa başlayıb və bu zaman maraqlı olay baş verib. David Davidovun dostu olan bir neçə erməni və gürcü müğənnisi də səhnəyə çıxıb. Gürcülər həmin mahnını gürcü dilində ifa etməyə başlayıblar. Bundan sonra erməni müğənni də mahnını öz dilində davam etdirmək istəyib. Amma bu vaxt Ceyhun Bakinski mikrofonu erməni müğənniyə verərək səhnəni tərk edib (videonun son saniyələrinə baxın). Azərbaycan müğənnisinin "Feysbuk” səhifəsindən paylaşılan birbaşa yayım da məhz elə həmin andan kəsilib...
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
16.08.2017
Türkiyədə bir hərbçi şəhid oldu
16.08.2017
Rusiya Baş Qərargah rəisi Türkiyəyə səfər edəcək
16.08.2017
Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək
16.08.2017
Arxeoloqlar Misirdə qədim sərdabaları olan məzarlıq aşkar ediblər
16.08.2017
“Rus əsgəri, evə get” – Belorusda Rusiyaya qarşı QİYAM