Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5949

Digər sorğular

Düşmənə təslim olmayaraq özlərini partladan kəşfiyyatçılarımızın fotoları yayıldı - FOTO

15:45  |    13 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Mühasirəyə düşən, amma ermənilərə təslim olmayan şəhid kəşfiyyatçılarımızın komandiri danışdı

Qaziler.az saytı aprelin 10-da 18 il öncə düşmən arxasına keçərək kəşfiyyat əməliyyatı aparan zaman mühasirəyə düşən, ancaq təslim olmayıb sona qədər döyüşüb şəhid olan yeddi döyüşçümüzün yad edilməsi barədə xəbər vermişdi. Xəbər yayılandan sonra sosial şəbəkədə kəşfiyyatçılarımızın əməliyyatı və şəhid olması barədə geniş müzakirələr getdi. Bu səbəbdən əməliyyata gedən kəşfiyyat qrupunun N saylı hərbi hissə komandiri polkovnik Xətai Baxışovla əlaqə saxladıq.

O, bildirdi ki, N saylı hərbi hissənin komandiri olduğu vaxt hazırlanan əməliyyatdan çox az adamın xəbəri olub:

“1997-ci il aprel ayında şəkkiz nəfərdən ibarət kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa – düşmənin arxasına göndərildi. Qrup düşmənlə təmas xəttindən təxminən 40-50 kilometr irəli keçərək tapşırığı yerinə yetirdi. Bu çox vacib bir əməliyyat idi. Lakin qrup geri qayıdarkən düşmən tərəfindən aşkarlanıb. Düz üç gün onlar ermənilərin mühasirəsində müxtəlif manevrlər edərək döyüşdülər. Əsasən də gecələr ermənilərin mövqelərinə ciddi zərbələr vururdular. Həmin döyüşlər gedən zamanı əraziyə ermənilərin danışıqlarını izləmək məqsədi ilə Bakıdan döyüş bölgəsinə radio danışıqları tuta bilən xüsusi maşın (radioperexvat – red ) aparmışdıq.



Düşmənin radio danışıqlarından nə baş verdiyini müəyyənləşdirmək olurdu. Mühasirə həlqəsi daralan kəşfiyyatçılarımız ermənilərə çox ciddi zərbələr vurdular. Ermənilər həm canlı qüvvə, həm də texnika itirdilər...Mühasirə tam daraldıqda isə ermənilər onları təslim olmağa çağırıblar. Amma kəşfiyyatçılarımız onların bu təklifini rədd edib sona qədər döyüşüblər. Yalnız Aqil Əhmədov yaralanıb huşsuz halda əsir düşsə də, digər yeddi kəşfiyyatçımız şəhid oldular! Ermənilər bizim şəhid kəşfiyyatçıları öz əsgərlərinə nümunə olaraq ehtiram və hörmətlə dəfn ediblər. Yalnız altı aydan sonra – oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səyi nəticəsində cəsədləri erməni cəsədləri ilə dəyişdik, iki gün sonra Bakıda II Şəhidlər Xiyabanında dəfn etdik.”

Redaksiyamız kəşfiyyatçılarımızın Rusiyanın “Soldat udaçı” adlı hərbi jurnalının 1997-ci il, 11 -cı sayında yayılmış fotolarını da əldə edib. Fotolarda iki kəşfiyyatçımızın - Leytenant Ağayev Elxan Ataxan oğlunun və Leytenant Yarəhmədov Vüqar Rzaxan oğlunun düşmən arxasında ölümdən əvvəlki və şəhid olandan sonrakı fotoları yer alıb. Onları sizlərə təqdim edirik.

Erməni məhkəməsi Aqilə güllələnmə də kəsir. Ancaq uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olur.

Xatırladaq ki, onların hər birini mərhum prezident Heydər Əliyev Azərbaycan Bayrağı ordeni ilə ölümündən sonra təltif edib:

Leytenant Ağayev Elxan Ataxan oğlu:
Leytenant Yarəhmədov Vüqar Rzaxan oğlu:
Çavuş Rzayev Anar Üzeyir oğlu;
Çavuş Mustafayev Dinar İbrahim oğlu;
Çavuş Həsənov Aqşin Əli oğlu;
Çavuş Ələkbərov Nizami Səfi oğlu;
Çavuş Cavadov Fariz Şamil oğlu;
Çavuş Əhmədov Aqil Mürsəl oğlu. (Sağdır)

Qaziler.az









Materialdan istifadə edərkən QAZİLER.AZ-a istinad etmək vacibdir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Düşmən atəşkəs rejimini 26 dəfə pozub
14.11.2018
Anjey Kaspşik cəbhə xəttində növbəti monitorinq keçirib
14.11.2018
Atəşkəs 29 dəfə pozulub
13.11.2018
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub
13.11.2018
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək