Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4972

Digər sorğular

Bayram Səfərov: “Erməni icmasını Azərbaycanda qarşılamağa hazırıq” — MÜSAHİBƏ

18:47  |    19 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərovun Ölkə.az-a müsahibəsi:

– Ermənistanın sabiq prezidenti, “Erməni Milli Konqresi” partiyasının (AMK) lideri Levon Ter-Petrosyanın Dağlıq Qarabağla bağlı sensassion çıxışı birmənalı qarşılanmayıb. Həmin çıxışa sizin münasibətiniz necədir?

– Levon Ter-Petrosyan Ermənistanın ilk prezidentidir, kifayət qədər təcrübəli siyasətçi, partiya sədri və ziyalıdır. Levon Ter-Petrosyan da çıxış yolunu işğal altındakı torpaqların qaytarılmasında görür. Bütün bunları Ermənistan ictimaiyyəti də yaxşı bilir və dəstəkləyir. İndi Ermənistanda hakimiyyətdə olan cinayətkar rejim təkcə azərbaycanlılara qarşı deyil, bu gün də öz xalqına qarşı quldurluq edir. Əslində, Levon Ter-Petrosyan da erməni xalqını bütün bunlara göz yummamağa, oyatmağa çalışır. Levon Ter-Petrosyanın istəyi odur ki, işğal altında olan torpaqlar geri qaytarılsın, Azərbaycanla sülh və əmin-amanlıq şəraitində yaşanılsın. O deyir ki, Azərbaycan torpaqlarını geri qaytaran kimi, Türkiyə ilə münasibətlər dost səviyyəsinə çatacaq. Bütün bunları deməklə Levon Ter-Petrosyan çox ağıllı təklif irəli sürür.
Əslində, Levon Ter-Petrosyan anlayır ki, Azərbaycanın daha səbri qalmayıb. Ona görə də öz xalqına və hakimiyyətə çağırış edir ki, daha vaxt itirməyin, torpaqları geri qaytarın. Əks halda Azərbaycan dövləti öz torpaqlarını azad edəcək.

Əgər Qarabağdakı ermənilər Azərbaycanda yaşamaq istəyirsə, vətəndaşlıq almaq üçün müraciət edib buyurub gəlib yaşasın. Yaşamaq istəməyən də Ermənistana və digər ölkələrə getsin. Daha 30 ilə yaxın müddətdə münaqişənin davam etməsi ermənilərə nə fayda verəcək? Bununla bağlı Levon Ter-Petrosyan da öz fikrini Ermənistan xalqına çatdırmaq istəyir. Bunun da əsas səbəbi bu gün Ermənistanda yaşayan əhalinin vəziyyətinin ağırlaşmasıdır. Levon Ter-Petrosyan da həmin erməni xalqına çıxış yolunu göstərir. Münaqişənin sülh yolu həllinin yeganə yolu işğal altındakı torpaqların Azərbaycana qaytarılmasıdır.

– Bu yaxınlarda azərbaycanlı və erməni vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Ermənistan-Azərbaycan Sülh Platforması” yaradılıb. Sizcə, bu Platforma qarşıya qoyduğu məqsədlərinə çata biləcəkmi?

– Mən bu plataformanın fəaliyyətini müsbət qiymətləndirirəm. Ümumiyyətlə, işğal altında olan torpaqlarımızın azad olunması ilə bağlı hər bir görülən işi yüksək qiymətləndirirəm, təki müsbət nəticəsi olsun. Təki, bütün məcburi köçkünlər işğaldan azad olunan öz torpaqlarına köçsünlər.

– Yaxın vaxtlarda icmaların görüşü gözlənilirmi?

– Hələ ki, bununla bağlı dəqiq məlumat yoxdur. İnanmıram ki, bu yaxınlarda icmaların görüşü baş tutsun. Bilirsiniz, icmalar hər zaman görüşmək istəyirlər. Azərbaycan tərəfi də erməni icması ilə görüşə hər zaman hazırdır. Ancaq Ermənistan hakimiyyəti erməni icmasının bizimlə görüşməyinə mane olur. Bizə nə var ki, hansı ölkədə olsa görüşməyə hazırıq. Erməni icmasını Azərbaycanda da qarşılayıb görüşməyə hazırıq. Necə ki, “Ermənistan-Azərbaycan Sülh Platforması”nda təmsil olunan ermənilər Bakıya rahat gəlib-gedə bilirlər. Ancaq gəlin, baxaq görək, bu ermənilər Ermənistana rahat gedə bilirlərmi? Xeyr, gedə bilmirlər. Çünki Serj Sarkisyan hakimiyyəti onları həbs edir, təzyiq edir. Ona görə də azərbaycanlı və erməni icmaları arasında görüşə Azərbaycan tərəfi hər zaman hazırdır. Ancaq Ermənistan tərəfi buna hazır deyil. İndiki Ermənistan hakimiyyəti ilə icmaların görüşünü keçirmək çətin məsələdir.

– Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ermənilərin Bakıya səfərinə və burada işləməsinə etiraz edir. İcma olaraq bununla bağlı Akif Nağı ilə hər hansı danışıqlarınız olubmu?

– Birincisi, Akif Nağı Azərbaycan xalqı demək deyil. Azərbaycanın Ali Baş Komandanı var. Hər birimiz cənab Prezident İlham Əliyevin verdiyi tapşırıqları qəbul etməliyik. Bunu mən də, Akif Nağı da, bütün müxalifət və iqtidar partiyaları da qəbul etməlidir. Hər birimizin Qarabağ məsələsi ilə bağlı sözü bütöv olmalıdır. Heç kəs də heç kəsi hədələməli deyil. Bu gün Qarabağdakı ermənilər yalnız Azərbaycan qanunlarına hörmət etmək, üç rəngli bayrağın altından keçmək şərti ilə Azərbaycan vətəndaşı kimi orada yaşaya bilərlər.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
16.10.2017
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu:“Bir etiraf edim: Heydər Əliyevin zamanında...”
20.09.2017
“Allahşükür Paşazadəyə qarşı olanlar Rusiyanın agentləridir” - MÜSAHİBƏ
20.09.2017
“Oğlu 2 rükət namazı güclə qılır, ondan Şeyxülislam olar?” - Hacı Qalibdən yeni açıqlamalar
17.09.2017
Rasim Balayevə sevgi məktubları: “Onu 34 il sonra Rusiyada gördüm...”
16.09.2017
“Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək” - MÜSAHİBƏ