Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4398

Digər sorğular

Əhəd Abıyev Daşkəsəndə polislə vətəndaş arasındakı qarşıdurmaya münasibət bildirib

18:29  |    19 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


"Daşkəsən rayonunda polisə müqavimət göstərən şəxs barəsində məhkəmənin həbs qərarı var".

Bunu "Report"a açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Əbıyev Daşkəsəndə polislə vətəndaş arasında baş verən qarşıdurmaya münasibət bildirərkən deyib.
İcra hakimiyyətinin başçısı baş verən hadisənin təfərrüatını açıqlayıb: "Həmin şəxsin adı Bəhməndir. Qonşusu ilə kartof əkib. Razılaşıblar ki, kartofun satışından əldə olunan pulu bölsünlər. Sonradan bunların arasında mübahisə yaranıb. Bəhmən qonşusunu vurub. Həmin şəxs də ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Daşkəsən Rayon Məhkəməsi qərar çıxarıb. Məhkəmənin qərarı ilə Bəhmən barəsində həbs-qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs olunub, Gəncə şəhərinə aparılarkən yolda polislərə müqavimət göstərərək qaçıb. Bildirib ki, Azərbaycan Prezidentinə və rayon icra hakimiyyətinin başçısına şikayət edəcək. İcra hakimiyyətinin başçısı nə etməlidir? Axı məhkəmənin qərarı var. Polis də onu tutub, bu zaman qarşıdurma baş verib. Mən özüm də videoya baxmışam".
Ə.Abıyev vurğulayıb ki, insanlar yayılan videodan məsələnin mahiyyətini başa düşmürlər: "Deyirlər, guya bu, elektrik enerjisinin, təbii qazın qiymətinin artırılmasına etirazdır. Qətiyyən belə deyil, yazılanlar cəfəngiyyatdır. Bir neçə şəxs var ki, belə məlumatları şişirdir".
Qeyd edək ki, barəsində danışılan hadisə ilə bağlı sosial şəbəkələrdə video yayılıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.02.2017
Azərbaycanın ən yaşlı vətəndaşı - VİDEO
23.02.2017
Uçqun altından çıxarılan 1 yaşlı Elcan xəstəxanaya yerləşdirildi - GÖRÜNTÜLƏR
22.02.2017
Qarabağ atı cinsinin inkişafına dəstək
18.02.2017
QHT-lərimiz Gürcüstanın Ədliyyə nazirinə müraciət etdilər - Zəlimxan Məmmədliyə görə
18.02.2017
Ohanyanı kabinetində döyüblər - ETİRAFI