Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4303

Digər sorğular

Dərbənddə “Danabaşlar“ premyerası

11:07  |    19 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Yuğ Dövlət Teatrının rejissoru Mir Sahib Ağazadə Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Dram Teatrında C.Məmmədquluzadənin əsərləri əsasında “Danabaşlar” adlı tamaşaya quruluş verib.

Tamaşada Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” povestindən, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu”, “Lal” və başqa hekayələrindən istifadə olunub.


Janrı bir hissəli qəmli komediya kimi təyin olunan tamaşanın musiqi tərtibatı və xoreoqrafik həlli quruluşçu rejissor Mir Sahib Ağazadəyə məxsusdur.

“Danaşablar” tamaşasının ideyası Mirzə Cəlilin Uçitel personajının “Oxumaq işıqdır, oxumamaq zülmətdir” fikrindən götürülüb ki, bu da tamaşanın finalında böyük bir kitabın üzərindən qara örtüyün götürülməsilə ifadə olunur.

Tamaşanın premyerası dekabr ayının 15-də Dərbənd Ləzgi Teatrının binasında baş tutub.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
23.01.2017
Xalça Muzeyində “Bir eksponatın tarixi” - ÜZƏRLİK QABI
22.01.2017
Məşhur aparıcı üzündə eyni anda üç əməliyyat keçiribFOTO
21.01.2017
“Lambada“ mahnısının ifaçısının qətlinin səbəbi məlum olub
21.01.2017
Türkiyənin məşhur aktyoru vəfat etdi
21.01.2017
Mahnımızı ermənicə oxuyan türk sənətçidən Azərbaycana başsağlığı — FOTO