Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4552

Digər sorğular

Azərbaycan pəhləvanlarını 184 min dollara aldılar

12:29  |    18 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Hindistanın paytaxtı Dehlidə Azərbaycan pəhləvanlarının da qatıldığı Pro Wrestling League Peşəkar liqasının ikinci mövsümünün startından əvvəl yarış iştirakçılarının, necə deyərlər, auksion-draft-ı olub.

Qaziler.az bildirir ki, pəhləvanlar altı komanda arasında bölünüblər. Hər komandanın şərti olaraq 10 milyon rupisi olub. Bu təxminən 148 000 dollara bərabərdir. Komandalar bu məbləğə beş kişidən və dörd qadından ibarət tərkib yığmalı idilər. Doqquz pəhləvandan beşi Hindistandan, dörd nəfəri isə əcnəbi olmalı idi.


Bizim Olimpiya oyunlarının 3 qat mükafatçısı olan Mariya Stadnik (48 kq) 4 700 000 rupiyə (69 000 dollar) "Manqalayatan Dilli Viir Universiteti" komandasına qismət olub.


Rio-2016-nın bürünc mükafatçısı, sərbəst üsulla güləşən pəhləvanımız Cəbrayıl Həsənov (74 kq) onu 63 000 dollara əldə edən "Mumbay" klubunu dəstəkləyəcək.


2012-ci ilin Olimpiya çempionu və Olimpiada-2016-nın gümüş mükafatçısı Togrul Əsgərov (57 kq) isə "Pəncab Royyals"ın tərkibinə daxil edilib. Onun üçün təxminən 52 min dollar ödənilib.



Beləliklə, bizim idmançılarımıza görə ödənilən ümumi məbləğ 184 min dollar olub.

Gürcüstandan olimpiya çempionu Vladimir Xinçeqaşvili Liqanın ən bahalı pəhləvanı olub. Onun üçün 71 000 dollar ödənilib.

Qeyd edək ki, əvvəlcə yarışların dekabrda keçirilməsi nəzərdə tutulmuşdu. Amma sonradan onu 2-19 yanvara keçirdilər. Altı komanda bir-biri ilə dairəvi sistem üzrə görüşəcək. Dörd ən yaxşı komanda yarımfinala çıxacaq.

Virtualaz.org
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
28.04.2017
“Neftçi” baş məşqçi axtarışına başladı
28.04.2017
“Turan Tovuz”a qızıl medallar və çempionluq kuboku təqdim olundu-FOTOLAR
27.04.2017
Həm təhlükəsizliyi qoruyacaq, həm də yarışacaqlar
27.04.2017
Azərbaycan İslamiadada 335 idmançı ilə təmsil olunacaq
26.04.2017
Azərbaycan-Şimali İrlandiya oyununun yeri dəyişdirildi