Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4689

Digər sorğular

“Peşəm mənim karyeramdır” - Gənc qızlara dəstək davam edir

12:08  |    18 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Bildiyimiz kimi, son dövrlərdə Azərbaycan Respublikasının iqtisadi potensialının sürətlə yüksəlişi, bazaryönumlü islahatların dərinləşməsi və regionların inkişafındakı müsbət dəyişikliklər, bütövlüklə ölkə iqtisadiyyatında müşahidə olunan müasir meyillər texniki peşə sistemi qarşısında yeni tələblər irəli sürür. “AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ” İNKİŞAF KONSEPSİYASI-da qeyd olunduğu kimi, istənilən iqtisadi artımın məqsədi sosial rifahın yüksəldilməsidir. Bu baxımdan, sosial sahələrin və insan kapitalının inkişafı Konsepsiyada əsas prioritetlərindən biri kimi təsbit olunmuşdur.

Eyni zamanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ailənin inkişafı, gənclərin potensialının inkişaf etdirilməsi bu prioritet çərçivədə əsas istiqamətlərdən biridir. Gənc nəslin iş bacarıqlarının inkişafı məqsədi ilə gənclərin əmək və iqtisadi əlaqələrə erkən yiyələnməsi üçün səmərəli şərait yaradılmasına ehtiyac var.

Məhz bu baxımdan da “SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin noyabr ayından icrasına başladığı və üç ay müddətinə davam edən “Peşəm mənim karyeramdır” gənc qızlara dəstək”adlı layihə Bakı şəhərinin Nəsimi, Nizami, Xətai, Sabunçu, Binəqədi və Nərimanov rayonlarında yerləşən və fəaliyyət göstərən peşə məktəb və liseylərini əhatə edir. Qeyd edək ki, Bakı şəhərinin 6 rayonu və hər rayondan bir peşə məktəbi olmaqla, orada təhsil alan qızların əl işləri üzə çıxarılılacaq və həmin əl işlərinin nümayişi təşkil olunacaq.

Hazırda layihənin icrasıyla bağlı hazırlıq davam edir.

(analog.az)
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Emin Həsənli: “Bu dəfə düşmənə zərbəmiz daha ağır, kəskin olacaq” - MÜSAHİBƏ
08.06.2017
“Mən cənab prezidentdən ev istəyirəm” – Xocalı yazarı Səriyyə Müslümqızı
04.06.2017
Samirin yeni layihəsi: 1000 nəfər 44-cü olmaq üçün sıraya girəcək(Müsahibə)
17.05.2017
Səriyyə Müslümqızı: «Yenidən həyata gəlsəydim yenə də jurnalist olmaq istərdim»
09.05.2017
50 yaşlı Rey Kərimoğlunun üç arzusu; “Bəlkə də Allah məni ona görə sağ saxlayıb ki...” -VİDEO