Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4298

Digər sorğular

“Zinger“ tikiş maşınlarının sirri

21:26  |    14 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


1851-ci il 12 avqust tarixində amerikalı mühəndis və sahibkar İsaak Zinger tikiş maşınının istehsalı üçün patent hüququ əldə etdi.

Etibarlı konstruksiya və təkmilləşdirilmiş mexanizminə görə bu tikiş maşınları tezliklə populyarlaşdı, lakin şirkətin uğurunun böyük bir hissəsi İsaak Zingerin istedadına əsaslanırdı.
Belə ki, onun effektiv marketinq qərarları və addımları milyonlarla ailəni tikiş maşınının zəruriliyinə inandırmışdır.
Tikiş maşının satışa çıxarılan ilk nümunəsi 100 dollar qiymətində dəyərləndirilmişdir, lakin həmin dövr üçün çox az adam tikiş maşınının faydalılığını zəruri bilirdi. Belə ki, evdar qadınlar iynə və sapla keçinirdilər, dərzi evlərində isə ucuz əməkdən istifadə etmək daha əlverişli idi.
Əhalidə tələbi formalaşdırmaq üçün prinsipial yenilik lazım idi. Buna görə də İsaak Zinger öz dövrü üçün radikal sistem kəşf etdi. İsaak Zinger müşahidə etmişdi ki, həmin dövr üçün spesifik olan bütün texnoloji məhsullarda nasazlıq baş verəndə onları ev şəraitində təmir etmək mümkün olmurdu. Buna görə də əhali ən yaxşı halda ustaya müraciət edirdi, pis halda isə məhsulu zibil yeşiyinə atmalı olurdu. Situasiyadan mahircəsinə yol tapan və bundan faydalanan İsaak
Zinger tikiş maşınının ehtiyat hissələrini ayrılıqda istehsal edib satışa buraxdı. Artıq onun müştəriləri tikiş maşının hər hansı hissəsi xarab olduqda rahatlıqla yenisini sifariş edə bilirdilər. İsaak Zingerin istehsal və marketinq təşəbbüsü hesabına tikiş maşını ev şəraitində təmir oluna bilən ilk məişət avadanlığına çevrildi.
İsaak Zinger satışı stimullaşdırmaq üçün tikiş maşınlarını sənaye sahələri üçün deyil, məişət istifadəsi üçün istehsal edirdi. Marketinq yanaşması tezliklə öz bəhrəsini verdi. Tezliklə zinger tikiş maşınları ən prestijli məhsullara çevrildi. Hər bir ailə bu tikiş maşınlarına yiyələnməkdən qürur duyurdu.
“Zinger ovçuları”
Zinger şirkəti və onun məhsulları haqqında çoxlu əfsanələr mövcuddur. Misal üçün, bəzi mənbələrdə vurğulanır ki, qədim zinger tikiş maşınları qiymətli metallardan hazırlanıb.
Ən məşhur əfsanə isə ilk tikiş maşınlarının tərkibində çox dəyərli metal olan polladiumun olması haqqındadır. Bu əfsanə bir neçə ölüm hadisəsinə səbəb olmuşdur. Belə ki, əfsanələrə inanan “zinger ovçuları” cinayət törətməkdən çəkinmirdilər. Belə cinayətlərin qurbanlarından biri də yaşlı qadın olmuşdu. Naməlum şəxslərin üzünə qapını açan qadın evindəcə qətlə yetirilmişdi, daha sonra qatillər onun evindən zinger tikiş maşınını oğurlamışdılar. Evdə axtarış keçirən polislər aşkar etmişdilər ki, tikiş maşınından başqa evdən heç nə oğurlanmayıb.
Digər əfsanəyə əsasən isə 1998-ci ildə Zinger kompaniyası əvvəlki əsrdə 1 rəqəmi ilə başlayan xüsusi seriyalı tikiş maşınlarının axtarışını elan verir. Hesab olunur ki, həmin seriyalı tikiş maşınları Rusiya və keçmiş Sovet ölkələrinin ərazisində yerləşir.
Daha bir əfsanə isə vurğulayır ki, 300 ədəd zinger tikiş maşını tamamilə qızıldan hazırlanıb. Rusiyadakı inqilabdan sonra əhalinin firavan təbəqəsi sürətli şəkildə Avropaya emiqrasiya edirdilər, lakin sərhəddən yalnız məişət avadanlıqlarının keçirilməsinə icazə verilirdi. “Qaymaq təbəqə” isə öz qızıllarını xilas etmək üçün həmin qızılı zinger tikiş maşını formasında əridib qara rəngə boyayırdılar. Bu üsulla mülklərini özləri ilə ölkədən çıxarmağa nail olurdular.
2009-cu ildə Səudiyyə Ərəbistanında yeni bir əfsanə peyda oldu. Hansı ki, bu əfsanə qədim zinger tikiş maşınlarının iynələrində əfsanəvi maddə “qırmızı civə”nin mövcudluğundan bəhs edirdi. Bu maddənin kiçik bir hissəsi 2-3 mln dollar dəyərində qiymətləndirilir.
Publika.az
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.01.2017
Dünyanın ən yaşlı qorillası öldü
18.01.2017
Yemək yeyən itə mahnı oxuyan tutuquşu - VİDEO
18.01.2017
İblisə məğlub olmayan nikbin qız - İBRƏTAMİZ HEKAYƏ - GECƏ OXUSU
17.01.2017
5 milyon masson və Komitet 300
16.01.2017
Oğluna toy edən sabiq deputat gəlininə 15 kq qızıl hədiyyə etdi