Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4296

Digər sorğular

Polok: “Tehran İrəvanı müdafiə edəcək”

10:00  |    10 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


ABŞ və İran arasında əsas problemlərin həll olunması ilə bağlı suallara cavab vermək çox çətindir.

Axar.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın Yaxın Şərq siyasəti üzrə institutunun eksperti Devid Polok söyləyib. Amerikalı ekspertin fikrincə, ABŞ-ın İran siyasəti bölgədə yaranacaq yeni problemlər üzərində formalaşacaq:

“Gələcəyin əsas problemləri regional məsələlər, İran-İsrail münasibətləri olacaq. Lakin İranın taleyinin müəyyənləşdirilməsində İsraillə münasibətlər həlledici olmayacaq. Hazırkı İsrail hakimiyyəti də İrana münasibətdə daha səbirli mövqe tutmağa başlayıb. İsraildə ümid edirlər ki, Trampın hakimiyyəti dövründə ABŞ-ın İranla bağlı mövqeyi dəyişəcək. Hələlik isə heç kim Trampın məhz nəyi dəyişdirməli olduğunu anlamır. Regionun digər problemləri İŞİD, Fars körfəzi və Türkiyə olacaq. Ola bilsin ki, İraqda yeni konfliktlər meydana gələcək. Ona görə ki, sünnilər şiələrin hökmran olduqları dövlətdə yaşamayacaqlar. ABŞ artıq Suriyanı bütöv dövlət kimi görmək istədiyini bəyan edib, amma gələcəkdə Vaşinqton Suriyanın federallaşması ilə razılaşmalı olacaq. Vaşinqton hazırda Yaxın Şərqdə yeni hərbi konfliktlərdən qorxur və bunun üçün İranla razılaşmağa da hazırdır. Yaxın Şərqdə həmçinin yeni böyük konflikt də start götürə bilər. Bu konflikt kürdlərin Türkiyə hökumətinə qarşı fəaliyyəti ola bilər. İranın bu situasiyada necə davranacağı hələ də bilinmir. Tehranın aydın olan yeganə siyasəti onun Cənubi Qafqaza münasibətidir. Bu mövqe, xüsusilə, Ermənistan-Azərbaycan konfliktində özünü göstərir. İran çalışır ki, hər iki tərəfin mövqeyinə cavab verən siyasət yeritsin, amma istənilən halda gələcəkdə Tehran Ermənistanın yanında yer alacaq”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.01.2017
Aqil Abbas: Dəmiryol xəstəxanası başı dumanlı
10.01.2017
Aqil ABBAS: KÜRD BALASI TÜRKİYƏNİN RƏMZLƏRİNDƏN BİRİNƏ ÇEVRİLDİ
09.01.2017
Mübariz Mənsimov canlı əfsanə oldu
21.12.2016
Aqil ABBAS: Ermənilərin «nadir tapıntı»sının uzağı 260 yaşı var
09.12.2016
Erməni əsilli Filip Kirkorovun konserti boykot ediləcəkmi?