Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4690

Digər sorğular

Erməni əsilli Filip Kirkorovun konserti boykot ediləcəkmi?

20:29  |    09 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Rusiyanın xalq artisti Filip Kirkorov dekabrın 10-da “Baku Cristall Hall”da solo konsert keçirəcək.

Qeyd edək ki, hələ 2012-ci ildə Heydər Əliyev sarayında onun ilk solo konserti nəzərdə tutulsa da, sonradan konsert təxirə salınmışdı. Elə həmin il noyabrın 8-də “Baku Cristall Hall”da konsert keçirəcəyi barədə məlumat yayılsa da, bu konsert də baş tutmamışdı.

Müğənni Azərbaycana gəlmək istədiyini, lakin ona bu işdə mane olanların olduğunu dilə gətirmişdi. Səbəb isə məlum idi, müğənninin əsl familiyası Kirkoryandır. O, Bolqarıstanda anadan olub və bir neçə dəfə konsertlərində erməni olduğu üçün fəxr etdiyini deyib. Onun anası Varna bolqar qızıdır. Buna görə bəzən Filipin bolqar olduğunu qeyd edənlər var. Atası Bedros Kirkorov (Kirkoryan) isə hər il qondarma “erməni soyqırımı” günündə Dağlıq Qarabağda “xatirə konsertləri” verir.

Yayılan məlumatlara görə, o, daşnakların partiyasının da üzvüdür. Bedros Krikorov (Kirkoryan) demək olar ki, dəfələrlə qondarma “DQR”-də konsertlər verib.

Xatırladaq ki, Qarabağ Azadlıq Təşkilatı dəfələrlə müğənninin Bakiya səfərinə etiraz edib, bununla bağlı aksiyalar keçirəcəyini bildirib. Bəs, bundan əvvəl ermənipərəst Soso Pavliaşvilinin konsertində etiraz aksiyası keçirən QAT Filip Kirkoryanın konsertində də aksiya təşkil edəcəkmi?

Məsələ ilə bağlı QAT rəhbəri Akif Nağı musavat.com-a açıqlama verib: “O, Filip Kirkoryandır, təmiz ermənidir. Hərdən çıxış edib deyir ki, guya “Azərbaycana məhəbbətim var”. Mən elə hesab edirəm ki, bunların hamısı aldadıcı formalardan başqa bir şey deyil. Onların hamısı erməni siyasətinə, məqsədlərinə xidmər edirlər və ermənilər tərəfindən idarə olunurlar. Onun atası Bedros iki gündən bir Dağlıq Qarabağdadır. İki gün öncə məlumat yayıldı ki, atası orada musiqi istedadı olan erməni uşağını öz himayəsinə götürüb, ona xüsusi qayğı göstərir. Onun Dağlıq Qarabağda xeyiriyyə tədbirləri olur, həmin pulu hardan alır? Təbii ki, bu bazanı ancaq Filip yarada bilər. Filip azərbaycanlıların üzünə gülüb, digər tərəfdən ermənilərə xidmət göstərir. Birmənalı şəkildə onun Azərbaycana gəlməsi və sərbəst şəkildə konsert verməsi yolverilməzdir. Bizim mövqeyimiz bundan ibarətdir. Bunu dəfələrlə demişik, müraciətlər etmişik ki, konsert boykot edilsin. QAT-ın onun konserti ilə bağlı hansı addım atacağı ilə bağlı fikir söyləməkdə hələlik çətinlik çəkirəm”.

QAT sədri Soso Pavliaşvilinin konserti ilə bağlı keçirdikləri etiraz aksiyasındakı ilginc olaylardan da söz açıb: “Qəribə bir şey müşahidə etdik, bizə polisdən daha çox konsertə gələnlər aqressiya göstərdi. Belə qənaətə gəldik ki, konsertə gələnlər erməni ilə qohumluqları olan insanlardır. Bizə deyirdilər ki, “Nə istəyirsiz ondan, Qarabağ bizə lazım deyil, gedin probleminizi başqa yerdə həll edin”.
musavat.com
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.06.2017
Qazaxıstanlı turistlər: Azərbaycanda insanlar çox mehribandır
12.06.2017
Rejissor “Muhəmməd Allahın elçisidir” filmini tənqid etdi
11.06.2017
Ay evlilər, yol verin...
07.06.2017
Məhəmməd peyğəmbər haqda film Azərbaycan ilahiyyatçılarında etiraz yaratdı: “Xurafatdır”
04.06.2017
Azərbaycanda yasaq qəbirlər...