Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4614

Digər sorğular

“Azərbaycan torpağına türbət demişəm” kitabının təqdimatı keçirildi

12:04  |    09 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycan İstiqlal Muzeyindən QAZİLER.AZ-a verilən məlumata görə, 2016-cı il dekabrın 07-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin yaranmasının 98-ci ildönümü münasibəti ilə parlamnetin üzvü olmuş Hacı Səlim Axund Axundzadəyə həsr olunmuş sərgi və onun “Azərbaycan torpağına türbət demişəm” kitabının təqdimatı keçirildi.

Hacı Mirzə Səlim Axund Axundzadə 1872-ci ildə Lənkəran şəhərində ziyalı ailədə anadan olmuşdur. İlk təhsilini atasının üsuli-cədid məktəbində aldıqdan sonra, Lənkəranda fəaliyyət göstərən rus gimnaziyasına daxil olur. Türkiyə və bir sıra Avropa ölkələrinə uzun müddətli səyahətə gedən Axundzadə Vətənə qayıdır və burada cərəyan edən siyasi hadisələrdə iştirak edir. Hacı Mirzə Səlim Axund Axundzadə 1918-ci ildə təşkil olunmuş Zaqafqaziya Seymində Müsəlman fraksiyasının üzvü olmuş, Zaqafqaziya Komissarlığında fəaliyyət göstərmişdir. 1918-ci il may ayının 28-də Milli Şuranın üzvü olan Hacı Səlim Azərbaycanı müstəqil dövlət elan edən İstiqlal Bəyannaməsinin qəbul edilməsinə imza atır. Hacı Səlim Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin Müsavat və Birtərəf fraksiyasının üzvü olmuşdur.



Azərbaycan Xalq Cümhuriyyəti dövrünü tədqiq edən “Azərbaycan torpağına türbət demişəm” adlı kitab Hacı Səlimin mühacirətdə olarkən yazdığı “Xatiratıdır”. Kitabın tərtibatçısı Tufan Axundovdur. Sərgidə Hacı Mirzə Səlim Axund Axundzadənin həyat və fəaliyyətini əks etdirən foto-sərgi nümayiş olundu.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Tufan Axundov, şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, tarix institutunun elmi işçiləri Dilavər Əzimli və Kamran İsmayılov, ədəbiyyat institutunun elmi işçisi Rəhim Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, tarixçi, filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadə, Əlyazmalar İnstitutunun əməkdaşı Aybəniz Rəhimova, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu çıxış etdilər.

Tədbirdə alimlər, tarixçilər, Daxili Qoşunların əsgərləri və digər qonaqlar iştirak etdilər.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.05.2017
Gənc pianoçumuza Fransada xüsusi mükafat verildi - FOTO
22.05.2017
Firəngiz Əlizadə “Şərəf“ ordeni ilə təltif edilib
22.05.2017
Heydər Əliyev Mərkəzində “Ad“ tamaşası nümayiş olunacaq
22.05.2017
“Deyirlər Laçındasan...” – Ramiz Qusarçaylı
22.05.2017
Azərbaycanlı xanəndə İranda konsert verəcək