Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4968

Digər sorğular

“Azərbaycan torpağına türbət demişəm” kitabının təqdimatı keçiriləcək

12:28  |    05 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

2016-cı il dekabrın 07-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin yaranmasının 98-ci ildönümü münasibəti ilə parlamnetin üzvü olmuş Hacı Səlim Axund Axundzadəyə həsr olunmuş sərgi və onun “Azərbaycan torpağına türbət demişəm” kitabının təqdimatı keçiriləcək. Bu barədə Azərbaycan İstiqlal Muzeyindən QAZİLER.AZ-a bildirilib.

Hacı Mirzə Səlim Axund Axundzadə 1872-ci ildə Lənkəran şəhərində ziyalı ailədə anadan olmuşdur. İlk təhsilini atasının üsuli-cədid məktəbində aldıqdan sonra, Lənkəranda fəaliyyət göstərən rus gimnaziyasına daxil olur. Dinə meyli olduğundan Ərdəbil, Zəncan və Nəcəf şəhərlərinə təhsil almaq üçün gedir. Türkiyə və bir sıra Avropa ölkələrinə uzun müddətli səyahətə gedən Axundzadə Vətənə qayıdır və burada cərəyan edən siyasi hadisələrdə iştirak edir. Həmin vaxt o “Müsavat”a üzv olur və partiyanın Lənkəran özəyini yaradır. Hacı Mirzə Səlim Axund Axundzadə 1918-ci ildə təşkil olunmuş Zaqafqaziya Seymində Müsəlman fraksiyasının üzvü olmuş, Zaqafqaziya Komissarlığında fəaliyyət göstərmişdir. 1918-ci il may ayının 28-də Milli Şuranın üzvü olan Hacı Səlim Azərbaycanı müstəqil dövlət elan edən İstiqlal Bəyannaməsinin qəbul edilməsinə imza atır, yaranan dövlətin adının məhz Azərbaycan qoyulmasının tərəfdarı olur. Hacı Səlim Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin Müsavat və Birtərəf fraksiyasının üzvü olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti dövrünü tədqiq edən “Azərbaycan torpağına türbət demişəm” adlı kitab Hacı Səlimin mühacirətdə olarkən yazdığı “Xatiratıdır”. Kitabın tərtibatçısı Tufan Axundovdur.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsinin, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Tufan Axundovun, Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin, tarix institutunun elmi işçiləri Dilavər Əzimli və Kamran İsmayılovun, ədəbiyyat institutunun elmi işçisi Rəhim Əliyevin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovanın, tarixçi, filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadənin, Əlyazmalar İnstitutunun əməkdaşı Aybəniz Rəhimovanın, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublunun çıxışları nəzərdə tutulub.

Sərgidə Hacı Mirzə Səlim Mirzə Axund Axunzadənin həyat və fəaliyyətini əks etdirən foto-sərgi nümayiş olunacaq.

Tədbirdə alimlər, tarixçilər, Daxili Qoşunların əsgərləri və digər qonaqlar iştirak edəcəklər.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Şövkət Ələkbərova anıldı - fotolar
19.10.2017
“Xalq qəhrəmanlıq eposu” Azərbaycan dilində
19.10.2017
Gənc Tamaşaçılar Teatrının direktoru məşhur teleaparıcını sərt tənqid edib
18.10.2017
Əməkdar artist: “Bu mənim iştirak etdiyim birinci və axırıncı mitinqdir“
18.10.2017
Şəmistan Əlizamanlının mahnısı Ərdoğana klip oldu – VİDEOLAR