Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4552

Digər sorğular

Əsir düşməmək üçün özlərini partladan 7 kəşfiyyatçımız anıldı

14:10  |    10 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Bu gün, 18 il öncə düşmən arxasına keçərək kəşfiyyat əməliyyatı aparan zaman mühasirəyə düşən, ancaq təslim olmayıb sona qədər döyüşüb şəhid olan yeddi döyüşçümüz yad edilib. Döyüş yoldaşları Şəhidlərimizin xatirəsini anmaq üçün Şəhidlər Xiyabanına gedərək onları yad ediblər.

1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilir. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirir. Birincin qrup itkisiz qayıdır, lakin ikinci qrupu bir erməni görür. Və ermənilər xəbər ttur. Döyüş başlayır. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alır və təslim olmalarını söyləyirlər. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayır.

Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. 8 nəfər heyətdən ibarət olan qrupun 7-üzvü Şəhid olur, onlardan biri Əhmədov Aqil Mürsəl oğlu ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür. Erməni məhkəməsi Aqilə güllələnmə də kəsir. Ancaq uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olur.

Xatırladaq ki, onların hər birini mərhum prezident Heydər Əliyev Azərbaycan Bayrağı ordeni ilə təltif edib:

Leytenant Ağayev Elxan Ataxan oğlu:
Leytenant Yarəhmədov Vüqar Rzaxan oğlu:
Çavuş Rzayev Anar Üzeyir oğlu;
Çavuş Mustafayev Dinar İbrahim oğlu;
Çavuş Həsənov Aqşin Əli oğlu;
Çavuş Ələkbərov Nizami Səfi oğlu;
Çavuş Cavadov Fariz Şamil oğlu;
Çavuş Əhmədov Aqil Mürsəl oğlu. (Sağdır)

Rəşad
Qaziler.az

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
28.04.2017
Polkovnik ayağını belə itirdi - Qalım günü yazısı
28.04.2017
Moskva danışıqları bitdi - BƏYANAT YAYDILAR
28.04.2017
Atəşkəs 120 dəfə pozulub
27.04.2017
Sarkisyandan mesaj: “Müharibəyə hazır olun“
27.04.2017
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Əhmədiyyə oğlu Cəbrayılovun ad günüdür