Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4823

Digər sorğular

Məşhur avropalı astroloq Bernard Matyedən 2017-ci ilin ULDUZ FALI

23:36  |    23 Noyabr 2016  |   E-mail  |  Çapa göndər


Onun proqnozları həmişə inanılmaz dərəcədə dəqiq olur.

İstər inanın, istər inanmayın.

Bu ilin bir neçə bürc üçün kifayət qədər əlverişli olacağı gözlənilir. Çoxlu dəyişikliklər, bir çox çətin işlərin düzəlməyə doğru gedəcəyi gözlənilir.

Beləliklə, növbəti 2017-ci il Xoruz ili bizimçün nə vəd edir? Oxuyun.

Qoç (21.03-19.04)


Qoçlar üçün bu il kiçik dəyişikliklər gözlənilir. Oktyabr ayında siz bunun şahidi olacaqsınız. Həyatınızda yaxşılığa doğru olan dəyişikliklər sizi də dəyişəcək.

Lakin hirsli başla heç nə etməyin. Bilirəm, bu, çətindir, lakin sonra sizi peşimanlıq gözləyə bilər. Hər şeyi yaxşıca ölçüb biçin.

Karyerada stabillik olacaq. Axır ki, rahat nəfəs alacaqsınız. Əvəzində şəxsi cəbhədə fırtına gözlənilir. Bu fırtına sizə münasibətlərinizi möhkəmləndirməyə kömək edəcək. Əgər siz axtarışdasınızsa bu il yeni və möhkəm münasibətlərin əsası qoyulacaq.

Buğa (20.04-20.05)


Buğalar üçün bu il azadlıq ili olacaq. Lazımsız insanlar həyatınızdan gedəcək, lazımsız işlər də əldən gedə bilər... Lakin qorxmayın! Xoruz sizə mütləq bunun əvəzini-daha yaxşısını verəcək. Siz yayda buna əmin olacaq və xoş sürprizdən razı qalacaqsınız.

Yaşananlara görə üzülməyin. Axı əzəl başdan bu belə görünməsə də onlar yaxşılığa doğru baş verir. Hərəkətə keçməkdən qorxmayın, siz daha yaxşısına layiqsiniz. Bunu şəxsi həyat üçün də demək olar. Şəxsi həyatınızda ciddi addımlar atmaqdan qorxmayın. Bu sizin münasibətləri ancaq möhkəmləndirəcək.


Əkizlər (21.05-20.06)


Əkizlər üçün bu il təzadlarla dolu olacaq. Sizin daxili və xarici aləminiz arasında uyğunluq yaranacaq. Bu, sizin öz əlinizdə olacaq. Xaosda həyatın uğurunun quyruğundan tutun, sizdə hər şey alınacaq!

Özünüzü xırda sevinclərdən məhrum etməyin. Əhval-ruhiyyəniz yaxşı olanda siz dağları da yerindən oynada bilərsiniz. Cəhd özünü doğruldacaq.

Karyerada da sıçrayış və təzadlar olacaq. İşlərin vəziyyəti gah aşağı, gah yuxarı sıçrayacaq. Lakin sizin üçün hər şey yaxşı olacaq sahədə stabillik qalacaq.

Şəxsi həyatda hər şey sizdən asılı olacaq, ulduzlar sizin istənilən qərarınızı dəstəkləyəcək.

Xərçəng (21.06-22.07)

Bu il Xərçənglər üçün dözüm ili olacaq. Keçən il siz həyatınızı dəyişməklə hədsiz əzab çəkmisiniz. İndi azca dincəlmək və Tanrının oyuna girməsini gözləmək lazımdır.

Əsəblərinizi və sağlamlığınızı qoruyun, onlar sizə çox lazım olacaq. Yaxınlarınızdan muğayət olun. Yalnız o zaman hər şey yaxşı nəticələnə bilər.

Karyerada nəhayət ki, ilin sonunda çoxdan bəri gözlənilən stabillik yaranacaq. Yeni uğurlar üçün dincəlmək lazımdır.

Şəxsi həyat başdan-başa romantikadır. Romantika ilə bağlı ürəyinizcə olan bir qərar verin. Amma hal-hazırda buna heç ehtiyac yoxdur.

Şir (23.07-22.08)


Bu il sizinçün yüksəliş ili olacaq. Xoruz ilində entuziamla yeni, maraqlı işlərlə məşğul olacaqsınız. Çoxlu səyahətlər və maraqlı insanlarla tanışlıq gözlənilir. Siz yalnız bu ilin təklif etdiklərindən yaxşı nə varsa minnətdarlıqla qəbul etməlisiniz. Çox çətinliklər yaşamısınız, daha bəsdir.

Burnunuzun dibində olan uğuru əlinizdən qaçırmayın. Xüsusilə, onu başqalarının qamarlamasına imkan verməyin. Bu sizin bəxtinizdir, onlara yaxşı heç nə verməyəcək.

Karyera planında daha böyük şeylər fikirləşin. Siz özünüz bunun nə demək olduğunu daha yaxşı bilirsiniz. Şəxsi həyatınızdakı münasibətlərdə eniş olacaq. Lakin bu, müvəqqətidir. Tənəzzüldən sonra yüksəliş mütləqdir, qorxmayın.

Qız (23.08-22.09)


2017-ci ildə sizinçün böyük imkanlar yaranacaq. Əlbəttə ki, onlardan istifadə etmək lazımdır. O, sizin öyrəşdiyiniz həyat tərzini pozacaq, qorxmayın, işlərinizin yaxşılığa doğru vəziyyətini dəyişə biləcəksiniz.

Dincəlmək üçün özünüzə vaxt verin, bu qədər yüklənməyə dəyməz.

Karyera planına gəlincə, əvvəlki kimi qətiyyətlə davam edin, imkanları əldən verməyin. Şəxsi həyatda gözlənilməz sürprizlər ola bilər. Onların xoş və ya əksinə olması sizdən asılıdır.

Tərəzi (23.09-22.10)


Bu il sizdən mətanət tələb olunacaq. Qarşıya qoyulmuş məqsədlər üçün bir az iradə göstərmək lazımdır ki, buna nail olasınız. Özünüzü lazımsız, artıq işlərdən uzaq tutun, bununçün güc itirməyə dəyməz.

Düzgün prioritet seçin, sizə lazım olanı götürün. Onda siz özünü zora salmaqdan, lazımsız işlərdən qaça biləcəksiniz.

Karyerada ən vacib işlərdə özünüzü cəmləşdirin, bu sizə müvəffəqiyyət gətirəcək. Şəxsi həyatda hər şey çox hərarətli olacaq və bu, həyatın bütün sahələrində güc və özünə inam yaradacaq.

Əqrəb (23.10-21.11)


Bu il sizin həyatınızda yaxşılığa doğru dəyişikliklər olacaq. Siz nə istədiyinizə nəhayət ki, qərar verəcəksiniz. Bununçün də əzmlə hərəkətə keçəcəksiniz. Əlbəttə ki, hər şey alınacaq. Çox da əqrəblər qarşısındakı hansısa daşları tərpədə bilmirlər. Sizin daxilinizdə mistik bir qüvvə var və o, sizə kömək edir.

Qəlbinizin səsinə qulaq asın, intuisiyanız nə deyirsə əməl edin, O sizi aldatmır, bunu siz də bilirsiniz.

Karyerada çoxlu yaradıcılıq və inkişaf var, işləmək istədiyiniz bütün sahələrdə çalışın. Şəxsi həyatda indi çox şey sizin tərəfdaşınızdan asılıdır. Siz gözləyirsiniz, lakin uzun müddət belə etməyə dəyməz. Bu, sizinçün öldürücü və çox enerji itkisidir. Yazda hər şey yaxşılığa doğru dəyişəcək.

Oxatan (22.11-21.12)


Bu il böyük qərarlar vermək lazım gələcək. Sizin həyatınız qəfildən dəyişə bilər. Siz özünüz də bunu çoxdandır ki, istəyirsiniz. Heç kim bunun asan olacağına vəd vermir, lakin sizin qarşıya qoyduğunuz məqsəd buna dəyər. Bu qərarlar sizin gələcək həyatınızda yaxşılığa dönüşə də gətirib çıxara bilər.

Bir neçə son çabalamalar edin, yorulmağınıza baxmayın. Xoşbəxtlik dağların arxasında deyil.

Karyerada inkişaf və perspektivlər haqda düşünmək lazımdır. İrəliləməyi dayandırmayın. Şəxsi həyatda hər şey sizdən və sizin qərarlarınızdan asılıdır.

Oğlaq (22.12-19.01)


Bu il düşüncələrinizdə dəyişikliklər olacaq. Siz birdən anlayacaqsınız ki, bütöv şəkli görməmisiniz, indi isə sanki gözünüzün qabağındakı pərdə qalxıb. Əməli işə keçməyə tələsməyin. Başa düşdüyünüzü dərk etmək üçün özünüzə vaxt verin.

Keçmişlə bağlı çox şeyləri xatırlayacaq, hətta həyatınızın ötən xoşbəxt anları üçün kədərlənəcəksiniz. Keçmişdə olan yaxşı nə varsa özünüzlə birlikdə gələcəyə aparın.

Karyerada stabillik olacaq. Siz yenilikləri öyrənmək istəyəcəksiniz, bundan özünüzü məhrum etməyin. Şəxsi həyat bir qədər cansıxıcıdır, münasibətlərinizə azacıq da olsa xoş romantik sərgüzəştlər, rəngarənglik əlavə edin.

Dolça (20.01-18.02)


Bu il ruhi axtarışlar ili olacaq. Məsələ bundadır ki, hazırkı durum stabil kimi görünsə də bu sizi qüssələndirir. Siz başqa nəsə istəyirsiniz, siz başqası üçün yaradılmısınız....İndi dəqiq bilmirsiniz nəyə görə, nə üçün? Axtarın, tapacaqsınız, ulduzlar sizə buna gedən yolu işıqlandıracaq.

Yaxın insanlarla daha çox təmasda olun, dəstək istəyin, onu alacaqsınız. Hazırkı dövrdə sizin üçün asan deyil, amma indi ətrafınızdakıların kimin kim olduğunu öyrənmək üçün əlverişli məqamdır.

Karyerada hər şey yaxşıdır, siz irəliləyirsiniz. Lakin qüssə uğurlarınıza sevinməyə mane olur. Maraqlıdır ki, şəxsi həyatda bu kədər münasibətlərinizi möhkəmləndirəcək, əgər axtarışdasınızsa sizə yarınızı tapmağa kömək edəcək.

Balıqlar (19.02-20.03)


Bu il sizin üçün özünütəsdiq ili olacaq. Dünyaya özünün kim olduğunu göstərmək üçün çox güc tələb olunacaq. Yazda çətinliyiniz olacaq, lakin öhdəsindən gələcəksiniz.

Çətinliklərdən qorxmayın, siz onları dəf etmək üçün kifayət qədər güclüsünüz. Azacıq səbr, mətanət, əzm və özünəinam tələb olunur.

Karyerada ilin sonunda tənəzzül ola bilər, lakin bu müvəqqətidir. Ulduzlar sizi yalnız sınağa çəkir və bərkidir. Əvəzində sevgidə hər şey çox əla olacaq.

Arzu Səlim
Qaziler.az
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.04.2017
Yazın son ayı üçün ULDUZLAR nə vəd edir? - HİSSLƏRƏ ALDANMAYIN...
05.01.2017
2017-ci il: Hansı bürcləri nə gözləyir?
01.01.2017
Ən paxıl və qısqanc BÜRCLƏR
31.12.2016
Hansı bürc altında doğulanlara xoruz ili düşərli olacaq? - ASTROLOQLA MÜSAHİBƏ
28.12.2016
2017-cı ildə bürclər nə vəd edir?PROQNOZ