Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4386

Digər sorğular

Urkin qırğınından 100 il keçdi

11:00  |    22 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Hər il Qırğızıstanda Urkun (Köç) hadisəsinin ildönümü qeyd edilir. Urkun – qırğızların Rusiya imperiyasında ən dəhşətli qırğın və qovulması hadisəsidir.

1916-cı ildə I Dünya Müharibəsində ciddi itkilərlə üzləşmiş çar Rusiyası ordu sıralarına Türküstanın müsəlman kişi əhalisini çağırmağa məcbur olur. Bu hadisəyədək ruslar imperiyanın işğalı altında yaşayan müsəlmanları ordu sıralarına çağırmırdı və onlar üzərinə xüsusi ordu vergisi qoyurdu. Amma indi durum dəyişmişdi. Çar I Nikolaya bildirilmişdi ki, Osmanlı və Almaniya cəbhələrində rusların uğurların baxmayaraq ordu sıraları güclü surətdə seyrəlmişdir.Çar ordusu öz sıralarını atlı dəstələrin hesabına doldurmaq istəyirdi. Bunun üçün ən yararlı əhali Türküstanın əzəldən köçəri – maldarları olan qazaxlar və qırğızlar idilər.

Pərviz Elay | [email protected]

Amma hələ müharibə ərəfəsində Rusiyanın müsəlman türk əhalisi Osmanlı əleyhinə müharibədə iştirak etməyəcəyini bildirmişdi. Çünki qazax və qırğızlar əksərən sünni olduqları üçün Osmanlı səltənəti onların gözündə İslam Xilafətinin davamçısı idi. Bu ellərin çox az sayda olan ziyalıları da türkçülük və turançılıq ideyasına bağlı idilər və bu müharibədə Osmanlı türklərinə rəğbət bəsləyirdilər.Qırğızların ruslara qarşı nifrəti onsuz da az deyildi. Oş və digər ərazilərə ildən iləköçürülən ruslar qırğızların torpaqlarını tutur, su və torpaq uğrunda rus kəndliləri ilə qırğızların arasında baş verən toqquşmalarda Rusiya imperiyasının polisi və ordusu rusların tərəfində idi.

Rus millətçisi Markov o dövrlərdə bildirirdi : “Qazaxlar, qırğızlar və digər türk-tatarlar – vəhşi çingiz xanın və Axsaq teymurun törəmələridirlər. Amerikada Ali Ağ irq qırmızıdərili hindularla necə rəftar etmişlərsə, onlarla elə rəftar edilməlidir. Burada günah-filan yoxdur. Hindular torpağın sahibi idilər. Amma Ağ İrq onlardan mədəni olduğundan onları qırdı ki, həmin torpaqlara sahib olsun. Müsəlman türk-tatarların da dünyada yaşamasına heç bir ehtiyac yoxdur”.Bu cür münasibətlə yanaşı I Dünya Müharibəsinin ilk günündən qazax və qırğızlar ruslara müharibə üçün mal-qara, silah və d. vergilər ödəyir, arxa cəbhədə ağır işlərə cəlb olunurdular.

Rus səfərbərçiləri qırğız tayfalarını gəzərək öz atları ilə birgə qırğızların ordu sıralarına çağırılmasını təşkil etmək istəyirdilər. Əhalinin tam etinasızlığını görərək rus zabitləri rus ordusuna qoşulmaq istəməyənləri rus kazaklarının vasitəsilə həbs etməyə, onların əmlakını və xüsusilə, atlarını müsadirə etməyə başladılar.Bu hərəkətlər qırğız və qonşu qazax uluslarında ciddi etiraza və nəhayət, qiyama səbəb oldu. Rus kazakları ilə ilk toqquşmalarda itkilər verən qazax və qırğız tayfaları böyük bir qurultay çağıraraq birgə çıxışlar barədə razılığa gəldilər. Tezliklə, 1916-cı ilin yazında qırğızlar yerli rus idarə binalarına hücum etdilər. Həmçinin, rus kazakları ilə toqquşmalarda ciddi uğurlar əldə edildi. Rus hakimiyyətinin yerli dayağı olan rus kəndləri də üsyan qaldırmış qırğızların hədəfi oldu. İş o yerə çatdı ki, I Nikolay Osmanlı cəbhəsindən iki ordu hissəsini çıxarıb Türküstana yeridir.
Osmanlılarla döyüşlərdə təcrübəyə malik rus hərbi hissələri güclü silah-sürsata malik olmayan qırğız üsyançıların öhdəsindən çox tez gəlirlər. Bütün Qırğızıstan boyunca qırğız obaları, məscidlər oda verilir, üsyançılarla birgə dinc qırğız əhalisi də qılıncdan keçirilirdi. Rusların vəhşiliyi hüdud bilmirdi. Osmanlı torpaqlarında dinc müsəlman türkləri öldürməkdə peşəkar olmuş ruslar eyni vəhşiliklərə qırğızları düçar edirdilər.

Rusların törətdiyi vəhşi soyqırımdan qurtulmaq üçün qırğız tayfalarının Çinə köçü (qırğızca: urkun) başlayır. Köç çox ağrılı olur. Çinin Uyğur ellərinə səhra və dağlardan keçən qırğızların 3-dən biri aclıq və xəstəliklərdən məhv olurlar.
SSRİ dağıldıqdan sonra qırğızlar sovet dövründə yasaq olunmuş Urkun mövzusunu gündəmə gətirdilər. Hər il qırğız vətənpərvərləri bu qırğının ildönümünü qeyd edirlər.

Bu ilin avqustunda Urkunun ildönümünün qeydi mərasimində qırğız ziyalıları Urkunun qırğız xalqına qarşı soyqırım kimi qiymətləndirilməsini, 2016-cı ildə qırğız soyqırımının 100 illiyinin geniş qeyd edilməsini, Bişkekdə nəhəng xatirə abidəsinin qoyulmasını və soyqırım varislərinə dəymiş ziyan üçün Rusiyanın təzminat ödəməsini tələb etdilər.

Bu tələb Rusiyada ciddi qıcıq yaratdı. Ruslar sosial şəbəkələrdə qırğızlara təhqir yağdırır, qırğız miqrantlarının Rusiyadan qovulmasını tələb edirdilər.
SSRİ dağıldıqdan sonra ilk dəfə Urkun barədə həqiqətləri gündəmə gətirmiş qırğız ziyalısı və siyasətçisi Nurlan Motuyev KİV-ə müsahiblərində bildirir:

- Bəzi tarixçilərin söz oyunlarına baxmayaraq, Urkun – qırğızların məqsədli şəkildə fiziki qırğınıdır, yəni rus işğalçıları tərəfindən qırğız soyqırımının törədilməsi bir faktdır. Mən qırğız ədibi Esenbek Mederbekovun “Urkun” əsərindən iqtibaslar gətirmək istəyirəm: “Sarıbağış tayfasının ağsaqqalı Ömər rusların törətdiyi qırğınlara qarşı mübarizəyə çağıraraq tayfa məclisində bunları bildirmişdi: “Nədən qorxmalıyıq? Onsuz da bizi məhv edirlər. Kişi kimi döyüşərək, qoy kafirlər tərəfindən döyüş meydanında ölək, şəhid olub cənnətə düşək! Əgər biz kişiyiksə, müsəlmanıqsa, qırğızıqsa, bizim üçün bundan da gözəl həyat və ölüm vardırmı?!”. Ondan sonra Şabdan-bahadırın oğlu Mokuş çıxış edib vətəni kafirlərdən təmizləməyə çağırdı”.

Bir çox qırğız yazıçıları – Mukay Elebayev, Aalı Tokombayev, Aytqulu Ubukeyev, Qasımalı Jantoşev və d. öz əsərlərində Urkun barədə mövzuya toxunmuşlar.
N. Motuyev bildirir ki, Urkunun 100 illiyində Rusiya prezidenti V. Putin Qırğızıstana dəvət olunmalı və Urkun soyqırımı qurbanlarının abidəsinə gül dəstəsi qoymalıdır.
N. Motuyev bildirir:

- Biz rus millətini ittiham etmirik, ruslara nifrət bəsləmirik. Amma tarixi ədalət öz yerini tutmalıdır. Urkun – qırğızların soyqırımıdır və soyqırım qurbanlarının varisləri Rusiyadan təzminat almalıdırlar.

Rus dairə polisi rəisinə rus cəza dəstəsinin hesabatında göstərilirdi: “Pişkek ətrafında pristav 138 qırğızı üsyançı kimi həbs etdi. Onlardan bir qismi qaçmaq istədiyinə görə bizim tərəfdən öldürüldü. Təkrar qaçış cəhdinə görə qalanlarını süngülərlə öldürdük”. Bu cür hesabatlar yüzlərlədir.

Rus qəzetləri qırğızları qorxutmaq üçün qətliam qurbanlarının şəkillərini geniş yayımlayırdılar.
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
09.02.2017 Atatürk və Xolokostdan qaçan yəhudi alimləri