Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4303

Digər sorğular

Azərbaycan Şahzadəsi Babək Mirzə Qacar Vətənində

13:37  |    18 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycana təcili “alp klubu” (zadəgan çevrəsi) lazımdır.

131 il (1794-1925) İranı idarə etmiş Azərbaycan Qacar Xanədanının son varisi Şahzadə Babək Mirzənin İstanbula gəlişi diqqəti yenidən bu məşhur sülaləyə yönəldib.

Sevda Elay (Əsgərova) | [email protected]

Şahzadə Babək Mirzə İstanbulda Türkiyəni özünün ikinci vətəni adlandırmaqla və xanımının türk olduğunu açıqlamaqla yerli ictimai rəyin rəğbətini qazanıb. İranı uzun müddət idarə edən, 1925-ci ildə Qərb dairələrinin intriqası nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış Azərbaycan əsilli Qacar Xanədanı varisinin Türkiyəyə səfəri bir yana, ümumiyyətlə, geniş ictimaiyyət qarşısına çıxması pozitiv sürpriz kimi qarşılanıb və siyasi planda da yüksək qiymətləndirilir.



Sonuncu Qacar hökmdarı Sultan Əhməd Şahın taxtdan endirilərək, qürbətdə vəfat etməsindən sonra bu sülalənin varisləri haqqında məlumatlara çoxdan rast gəlinmirdi. O baxımdan, Babək Mirzənin Türkiyəyə səfəri formal da olsa, Qacar Şah Evinin mövcudluğunun təsdiqi oldu. Bəs Babək Mirzə kimdir və Qacar sülaləsinin hansı qoluna mənsubdur?



Bu barədə açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aparıcı elmiş işçisi Dilavər Əzimli bildirib ki, 1925-ci ildə hakimiyyətdən uzaqlaşdırılan Qacar Xanədanının mənsubları Avropanın müxtəlif ölkələrinə səpələniblər: “Həqiqətən də, Babək Mirzənin Türkiyəyə gəlişi və orada rəğbət doğuran açıqlamalar verməsi çox mühüm və müsbət hadisədir. Bildiyiniz kimi, Qacarların son hökmdarı Əhməd Şahın övladı olmayıb.



Şahzadə Babək Mirzə Müzəffərəddin Şahın nəslindəndir. Qacarların əksəriyyəti kimi, o da Avropanın müxtəlif ölkələrində, o cümlədən Almaniyada yaşayıb. Onun xanımı türkdür və bildiyim qədər, Türkiyəyə tez-tez gəlib-gedir. İndiki ərəfədə Babək Mirzənin İstanbula gəlişi, mətbuata açıqlama verməsi təsadüfi deyil. O bu addımı ilə diqqəti yaxın tarixə yönəldərək, İranın gerçək sahiblərinin kim olduğunu və ən əsası, diqqəti Qacarların devrildiyi şəraitə yönəldib.



Qacar Xanədanının mənsubları hakimiyyətdə olduqları dönəmdə və devrildikdən sonra özlərinin türk kimliklərindən heç vaxt geri çəkilməyiblər. Babək Mirzənin Türkiyə ilə yaxınlığı da bunun bir təsdiqidir. Bir daha deyirəm, onun ictimaiyyət qarşısına çıxararaq Qacar Xanədanının varlığını nümayiş etdirməsi çox mühüm hadisədir”.

AzVision.az-a eksklüziv müsahibə verən Şahzadə Babək Mirzə Azərbaycan, paytaxt Bakı ilə bağlı təəssüratları bölüşüb. Ölkəmizdəki inkişafdan söhbət açıb.




Müsahibə zamanı Qacar şülaləsi ilə bağlı sualı cavablandan Şahzadə Bakıya heyran olduğunu, paytaxtımızda ev alacağını bildirib.



O, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini ifadə edib. Vurğulayıb ki, Dağlıq Qarabağ ərazisi əzəli Azərbaycan torpaqlarıdır və münaqişə tezliklə öz həllini tapmalıdır.

P.S. Azərbaycanda zadəgan nəsilləri (xaqan, xan, bəy və d.) çevrəsinin yaradılması Millətimizin və Dövlətimizin qədimliyinə, köklü olmasına birbaşa sübutlardan biridir. Yoxsa, erməni və əcnəbi ermənipərəst tarixçi və jurnaistlər xalqımızı və dövlətçiliyimizi köksüz, tarixi və mənəvi əsası olmayan kimi tanıtmağa, bu zəmində Azərbaycanda etnik qarşılıqlıq yaratmağa çalışırlar. Azərbaycan “zadəgan”, yəni “alp” çevrəsinin yaradılması və tanıdılması düşmənlərimizin bu cəhdlərinə ciddi cavab olar. Xüsusilə, başlanğıcda Naxçıvan, İrəvan, Qarabağ, Şəki, Lənkəran və d. xan nəsillərinin simvolik də olsa tanıdılması düşmənlərimizin İdeoloji təxribatlarına ciddi zərbə vura bilər.


Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
28.10.2016 20 yaşın mübarək “Şərq”!
14.10.2016 Yaş məhdudiyyəti...