Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4296

Digər sorğular

Deputat: BMT-nin hesabatı Azərbaycana qarşı sifarişdir

14:21  |    13 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

“BMT İnsan hüquqları komitəsinin hesabatı ağ yalandır və Azərbaycana qarşı sifarişli hesabatdır”. Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev BMT-nin İnsan hüquqları komitəsinin hesabatında qeyd olunan “Azərbaycanda erməni azlığına qarşı ayrıseçkilik və erməni soyadlı insanların Azərbaycana buraxılmaması” məsələsinə münasibət bildirərkən deyib.

B.Əliyev bildirib ki, Ermənistandan daha çox Azərbaycanda ermənilərin hüquqları qorunur: “Amma Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində ermənilərin hüquqları separatçı rejim tərəfindən daha çox pozulur. Çünki hesab edirlər ki, o ermənilər Azərbaycan vətəndaşlarıdır. Yəqin ki, BMT-nin hesabatında bunlar qeyd edilməli idi, amma çox təəssüflər olsun ki, bu, sifarişli kampaniya olduğu üçün qeyd edilməyib. Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı öz torpağından da, Ermənistandan da qovulub. Görəsən bununla bağlı hesabatda bir kəlmə deyilirmi ki, Ermənistan azərbaycanlıların hüquqlarını belə kobud şəkildə pozub? Ona görə də hesab edirəm ki, bu hesabat sifarişdir və Azərbaycana qarşı kampaniyadır. BMT əvvəl öz mandatını yoxlamalıdır ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması ilə bağlı təşkilat tərəfindən qəbul olunan qətnamələr yerinə yetirilibmi"?

Erməni soyadlı şəxslərin Azərbaycana buraxılmaması məsələsinə gəlincə isə, B.Əliyev bildirib ki, indiyə qədər Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, o cümlədən idman yarışları çərçivəsində kifayət qədər erməni problemsiz Azərbaycana gəlib: “Elə bu günlərdə 3 erməni Azərbaycana gəldi, burada tədbirdə iştirak etdilər. Amma gedib araşdırsınlar görək neçə nəfər azərbaycanlı Ermənistana buraxılıb? Araşdırmırlar, çünki araşdırsalar, yalanları üzə çıxacaq”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.01.2017
Aqil Abbas: Dəmiryol xəstəxanası başı dumanlı
10.01.2017
Aqil ABBAS: KÜRD BALASI TÜRKİYƏNİN RƏMZLƏRİNDƏN BİRİNƏ ÇEVRİLDİ
09.01.2017
Mübariz Mənsimov canlı əfsanə oldu
21.12.2016
Aqil ABBAS: Ermənilərin «nadir tapıntı»sının uzağı 260 yaşı var
10.12.2016
Polok: “Tehran İrəvanı müdafiə edəcək”