Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5321

Digər sorğular

Prezident Beyləqanda Bayraq Muzeyinin açılışında iştirak edib - FOTO

15:23  |    12 Noyabr 2016  |   E-mail  |  Çapa göndər


Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Beyləqanda Bayraq Muzeyinin açılışında iştirak edib.

Dövlət başçısı Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, muzeyin inşası cari il ərzində aparılıb. Rayonun daxili imkanları hesabına həyata keçirilən layihə çərçivəsində ümumi sahəsi 420 kvadratmetr olan bina tikilib. Zəruri infrastrukturla təchiz olunan muzeydə 129 eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, gerbləri, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur.

Azərbaycan Xalq Cümhuriyyətinə aid əsginaslar, Azərbaycan Respublikasının poçt markaları, müxtəlif güc nazirliklərinin zabitlərinin hərbi geyim formaları da burada sərgilənir. Muzeydə müstəqillik dövrümüzün tarixi hadisələrinə də geniş yer verilib.

Muzeydə nümayiş etdirilən eksponatlar həm Beyləqan gənclərində, həm də rayona gələn qonaqlarda Azərbaycanın şanlı tarixi haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
23.02.2018
Cəbhədə erməni hərbçi yaralandı
22.02.2018
Rusiya 1 gündən sonra donacaq - Anomal soyuqlar
21.02.2018
Türkiyədən Gürcüstana şad xəbər: Kvota ləğv edildi
21.02.2018
Sərkisyanın partiyası ABŞ-ın qara siyahısına düşür
20.02.2018
Ermənistandan Avropaya şikayətlər artır