Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4968

Digər sorğular

“Efirdə söz verib aradan çıxırlar“

14:56  |    06 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Adalet.az-ın "Hər şeyə rəğmən" rubrikasının növbəti qonağı məşhur reper Bəhlul Tufan oldu. Azərbaycanda kifayət qədər rep sənəti ilə məşğul olan tanınmış reperlərimiz var. Onun bir-birindən maraqlı və zövqlü çoxlu sayda repləri müasir həyatın tempini tutmağı bacarıb. Fiziki məhdudiyyəti ona heç bir əngəl yarada bilməyib. Öz yaradıcılığı ilə zövqlərə oxşayan replər ifa edir. Reper Bəhlul Tufanla müsahibəmizi təqdim edirik:

-Özünüzü replə kifayət qədər ifadə edə bilirsinizmi?

-10 ilə yaxındır replə məşğulam. İlk repim duyduğum bir minusa öz həyatım haqqında yazmışam. Bu repin adı "Şükür elə dostum" adlanır. Replərimdə də bilindiyi kimi mən pessimist insan deyiləm. Yaşamağı sevirəm və bu da replərimdə düşünürəm ki, hiss olunur.

- Döyüş sizə nə verdi?

- 2002-ci ildə hərbi xidmətdə olduğum vaxtda Yeni il axşamı dekarbrın 31- tarixində düşmənlə aramızda atışma oldu. Bu zaman dostumu xilas edərkən xəsarət aldım.

-Şou biznes əhli ilə münasibətləriniz necədir?


-Şou biznes əhli ilə münasibətim əladır. Amma efir arxasında çox pis. Çünki onlar özlərini sadəcə reklam edirlər.

-Mediada onları tənqid etmişdiniz, xüsusən də Manaf Ağayevlə bağlı fikriləriniz diqqəti çəkdi. Onlar xeyriyyəçiliklə bağlı verdikləri sözləri yerinə yetirmirlər?

-Bəli, Bibisi.az saytında verdiyim açıqlamada Manaf Ağayev haqqında söylədiklərimin arxasında dayanıram. Manaf Ağayev gecə-gündüz efirdə xeyriyyəçilikdən bəhs edir. Mən də bir gün bu insanlığına güvənərək ona zəng etdim. Məqsədim o idi ki, bir müğənni kimi ondan bəzi tövsiyələr alım. Lakin o mənə dedi ki, bir də zəng etmə. Sİzə Miri Yusifdə də danışmaq istəyirəm. Zauf Baxışəliyevin verilişinə dəvət olunmuşdum. Həmin verilişə Miri Yusif də qonaq olmuşdu. Guya mən onu görmək istəyirəm deyə yanıma gəldi və canlı verilişdə dedi ki, birlikdə duet ifa edəcəyik. O deyən dedi, getdi, sonra gözümə görsənmədi. Mən verilişdən çıxanda Miri orada yox idi. Mən heç kəsdən nəsə istəməmişəm, sadəcə efir naminə söz verib aradan çıxırlar. O şəxslərdən min bir sifət göstərməkdənsə mərd olmalarını istəyərdim.

-Sizə dəstək olan insanlar olubmu?


-Məni dəstəkləyənlər anam, qardaşlarım, bacım və məni sevən dostlarımdır. Mənəvi dəstəyi onlardan gördüyüm üçün özümü güclü hiss edirəm. Çətin vaxtlarım var idi, lakin mənə nəhayət eşqi verən həyatımı gözəlləşdirən bir-birindən gözəl xanımlardır. Yazdığım replərimin və şeirlərimin mənbəyi onlardır.

-Fiziki məhdudiyyətli insanlara dövlət qayğısı göstərilirmi?

- Birinci qrup Qarabağ əliliyəm. Dövlət vaxtında mənə dəstək olub. Dövlət başçımız mənə ev, maşın verib və 380 manat pensiya ilə təmin edir. Amma aldığım neft ölkəsi olan məmləkətdə heç nədir, indiki şərtlərə görə çox azdır.

-Rep sənətində Azərbaycanda kifayət qədər istedadlı gənclərimiz var. Onlardan hansılarını daha çox dinləyirsiniz?

- Açıq deyim ki, replə məşğul olan gənclərimiz çoxdur. Azərbaycanda hər 100 nəfərdən biri rep deyir. Bu əslində sevindirici haldır. Mən özüm yazar olduğuma görə reperlərimizi dinləmirəm. Çünki heç kimin sözlərinin beynimdə həkk olunmasını istəmirəm. Bu da repə xas olan ənənədir. Dost-tanış bəzən rep göndərəndə dinləyib fikirlərimi bildirirəm. Yalnız rəhmətlik Hüseyn Dərya ilə dostluğum olub. Hal-hazırda nə rəqibim və nə də rəqib kimi gördüyüm reper var.

-Yaşlı nəsil niyə repə qulaq asmır?

- Mən bu sualla razılaşmıram. Repi ən çox ona görə sevirəm ki, iştirak etdiyim yarışlardan sonra ağsaqqallarımızın, əsgərlərimizin sevgisinin şahidi oldum. Onlar müsabiqələri sırf mənə görə izləyən tamaşaçılar idi.

-Gələcək planlarınız nələrdir?

-Gələcək planlarım deməyim, lakin arzularım çoxdur. Əsas hədəfin albom çıxarmaqdır. Məsələ orasındadır ki, bunları arzulamaqla olmur. Sponsor olmasa həyata keçirmək çətinləşir. Amma Azərbaycanda sənətçiyə deyil, başqa dəyərlərə qiymət verilir. Bir sözlə, biz kişiyik deyə, bizə dəstək vermək sərf eləmir.

-Təşəkkür edirəm.

-Mən sizə təşəkkür edirəm. Vaxt ayırıb mənimlə həmsöhbət oldunuz, hisslərimin tərcümanı oldunuz. Mən dediyim sözlərin arxasındayam. Sizə və "Ədalət" qəzetinin kollektivinə təşəkkür edirəm. Uğurlar arzu arzulayıram.

Rüfət Soltan
Adalet.az
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
16.10.2017
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu:“Bir etiraf edim: Heydər Əliyevin zamanında...”
20.09.2017
“Allahşükür Paşazadəyə qarşı olanlar Rusiyanın agentləridir” - MÜSAHİBƏ
20.09.2017
“Oğlu 2 rükət namazı güclə qılır, ondan Şeyxülislam olar?” - Hacı Qalibdən yeni açıqlamalar
17.09.2017
Rasim Balayevə sevgi məktubları: “Onu 34 il sonra Rusiyada gördüm...”
16.09.2017
“Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək” - MÜSAHİBƏ