Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5111

Digər sorğular

Ağsu mərkəzi xəstəxanasının işığı kəsilib, bəzi xəstələrin həyatı təhlükə altında qalıb

14:08  |    05 Noyabr 2016  |   E-mail  |  Çapa göndər


Ağsu rayon Mərkəzi Xəstəxanasına (RMX) verilən elektrik enerjisi kəsilib.

RMX-nin baş həkimi Şəhrəbanu Məlikova “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

Baş həkim xatırladıb ki, Ağsu rayon Mərkəzi Xəstəxanasının yeni binası bu ilin iyun ayında istifadəyə verilib: “Xəstəxananın işıq borcu köhnə binaya uyğun olaraq 2015-ci ilin axırında hesablanıb və büdcədən ödənib. Xəstaxananın yeni binası əvvəlki bina ilə müqayisədə böyük olduğundan, ödənilən işıq pulu tamamilə istifadə olunub. Noyabr və dekabr aylarında istifadə olunacaq işıqpulunu ödəmək üçün pulumuz yoxdur. Həm də "Azərişıq" ASC-yə borcumuz yaranıb. Bu səbəbdən də xəstəxananın işığı kəsilib. Bizə bildirirlər ki, işıqpulu verilməsə, xəstəxananın işığı bərpa olunmayacaq”.
Onun sözlərinə görə, hazırda xəstəxanada 22 dializ xəstəsi var: “Əməliyyat olunmalı xəstələrimiz var, yeni körpələr dünyaya gəlib, küvezdə körpə var - o uşaq ölsə biz nə edəcəyik?!”.
Ş.Məlikova qeyd edib ki, xəstəxanaya elektrik enerjisi müvəqqəti olaraq generatorla verilir: “Təcili əməliyyatlarımızı bu şəraitdə edirik, amma belə nə qədər davam edə bilər?! Həm də generator dializ aparatlarını işlətmir”.
Həkim bildirib ki, dövlət qurumlarına və nazirliklərə müraciət edilib: “Hər yerə müraciət etmişik, amma cavab verilmir. Heç kim heç nə demir. Hazırda xəstəxanada istilik sistemi, havalandırma sistemi işləmir, su, işıq yoxdur. Bu sistemlərin hamısı elektrik ilə işləyir. Məcburuq ki, xəstəxananı bağlayaq çıxaq. Bəs xəstələri nə edək, hara yollayaq?!”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
10.12.2017
Gürcüstana 1 milyon 556 min azərbaycanlı getdi
09.12.2017
Qüdsdə yenə ara qarışdı - SƏS BOMBALARI İŞƏ DÜŞDÜ
09.12.2017
Ermənilər yalnız rus maşını ala bilər – Qadağa
06.12.2017
Nalbəndyan həmsədrlərlə görüşdü
03.12.2017
Türkiyə prezidenti: "Ermənistan ticarət yollarından kənarda qalıb və qalmağa davam edəcək"