Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4382

Digər sorğular

Hərbi təlimlərin gücü

15:40  |    03 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycan və Ermənistan arasında həbi tarazlıq pozulmaqda davam edir. Hər gecə cəbhədə atışma səsləri gəlməkdədir. Aprel döyüşlərindən sonra hər iki tərəfdə hərbi təlimlərin artdığını görmək olar. Ekspertlər bunu normal hesab edir. Lakin bunun qarşı tərəflərin güc nümayiş etdirməsi kimi anlamaqda bir qədər çətinlik çəkirik. Cəbhə bölgələrində hərbi təlimlərin keçirilməsi nəyə xidmət edir?

Hər bir ölkədə ilin sonu növbəti il üçün silahlı qüvvələrin döyüş və təlim hazırlığının səviyyəsinin yoxlanılması məqsədilə tədbirlər planı hazırlanır. Belə tədbirlər təkcə Ermənistanda yox, Azərbaycanda da keçirilir. Dağlıq Qarabağda isə həmin təlimləri separatçı qurum yox, Ermənistan keçirir. Çünki oradakı ordu əsasən Ermənistan Silahlı Qüvvələrindən ibarətdir.

Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, Qarabağda hərbi təlimlər adi plan əsasında keçirilir. Ancaq onlar daha çox təbliğat xarakteri daşıyır. Cənab Cəfərovun fikrincə, əgər həmin tədbirə Ermənistan Müdafiə nazirinin müavini və digər yüksək rütbəli hərbçilər dəvət edilirsə və sonradan onlar KİV-də Qarabağ ordusunun döyüş hazırlığının çox yüksək olduğunu bildirirlərsə, artıq bu, güc nümayişidir: «Təlimlərə ictimai diqqət yönəldilirsə, sözsüz ki, buna güc nümayişi kimi də baxmaq olar. Ora dəvət olunan qonaqların kimliyi də bunu deməyə əsas verir».

Ekspert əlavə edir ki, son günlər rəsmi Bakıdan müharibə problemin hərbi yolla həllinə işarə edən bəyanatların səslənməsi qarşı tərəfi adekvat addımlar atmağa sövq edir.

Söhbət etdiyimiz ekspertlər bildirirlər ki, hər il Azərbaycan Ordusu da belə təlimlər keçirir. Amma həmin təlimlərə jurnalistlərin dəvət edilmədiyi üçün onlar barədə məlumat yayılmır. Əlbəttə, öz hərbi təlimlərinə jurnalistlərin dəvət edilib-edilməməsi ölkələrin öz təhlükəsizlik mülahizələri ilə də bağlı ola bilər.

Sülh və Münaqişələrin Həlli Mərkəzinin direktoru Elxan Mehdiyev isə deyir ki, Qarabağda keçirilən hərbi təlimlər heç də sülh danışıqlarına təzyiq və ya güc nümayişi deyil. Bu, sadəcə əvvəlcədən planlaşdırılmış təlimlərdir. Mütəxəssiz öz şərhində həmkarlarında fərqli olaraq bildirib ki, düşmən tərəfi hərbi təlimlərinin sülh danışıqları ilə heç bir asılılığı yoxdur. Bəzi ekspertlər isə hesab edir ki, bu təlimlər Ermənsitan ordu idarəçiliyi tərəfindən sülh danışıqlarına təzyiq xarakteri daşıyır.

«Təlimlərə ictimai diqqət yönəldilirsə, sözsüz ki, buna güc nümayişi kimi də baxmaq olar», - Elcan Mehdiyev sözlərinə əlavə edib.


Politoloq Vəfa Quluzadə düşmən təlimlərinin Azərbaycan tərəfini qıcıqlandırmaq məqsədini daşıdığını deyir: "Hazırda hər tərəfdən Qarabağ torpaqlarında güzəştə getməsi üçün Bakıya təzyiqlər edilir. Erməni tərəfi də bu hərəkətilə Bakının danışıqlarda güzəştə getməsinə nail olmaq istəyir. Politoloq Qarabağda təlimlərin keçirilməsinin Azərbaycanı qıcıqlandıraraq hərbi əməliyyatlara təhrik etmək olduğunu da istisna etmir: "Hazırda ermənilər bizimlə müharibə etmək iqtidarında deyillər. Ruslar isə Amerikanın maraqlarına toxunmamaq üçün müharibəni başlaya bilməzlər. Yalnız təxribatla bizi müharibəyə çəkib 1-2 rayonumuzu almaqla Azərbaycanı çıxılmaz vəziyyətə sala bilərlər. Təlimlər də bunun üçündür. Yəni, əsəb qıcıqlandırmaq, danışıqlarda güzəştə məcbur etməkdən başqa bir şey deyil”.

Vəfa Quluzadə deyir ki, Azərbaycan bu təxribatlara uymamalı, torpaqlarını azad etməyin tam zamanını gözləməlidir.

Milli Məclisin Müdafiə və Təhlükəsizlik Məsələləri Daimi Komissiyasının üzvü Zahid Oruc isə hesab edir ki, Dağlıq Qarabağda keçirilən təlimlər məqsədindən asılı olmayaraq heç bir halda Azərbaycan rəhbərliyinin sülh danışıqlarına münasibətinə təsir edə bilməz. Bu təlimlər rəsmi Bakıya mesaj ola bilər. Ancaq ölkə rəhbərliyinin ona təmkinli yanaşmasının özü də əsassız deyil.

Türkiyə Azərbaycanda hərbi baza yaratmayıb

Hərbi təlimlərdən söhbət düşmüşkən indi verəcəyimiz məlumatdan xəbəri olmayanlar elə düşünəcəklər ki, Türkiyə Azərbaycanda hərbi baza yaradıb. Bu belə deyil. Ekspertlər də deyir ki, Azərbaycan Respublikasının ərazisində hərbi bazanın olması üçün mütləq mənada təhlükəsizlik konsepsiyasına, o cümlədən hərbi doktrinaya da əlavə və dəyişikliklər edilməlidir. Burda heç bir halda, hələlik, hərbi bazadan söhbət gedə bilməz. Üzeyir Cəfərlinin sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən bəri ölkədə silahlı qüvvələrin formalaşdırılmasında Türkiyə Silahlı qüvvələrinin nümayəndələrinin rolu olub:

"Onlar o vaxtdan Azərbaycandadırlar. Təkcə Müdafiə Nazirliyində deyil, ayrı-ayrı qoşun birləşmələrində həm təlimatçı, həm də müşavir kimi təmsil olunurdular. Ötən illərdə Azərbaycanla Türkiyə hökumətləri arasında iki ölkənin silahlı qüvvələri ilə bağlı sənəd imzalandı. O sənəd imzalanandan sonra, faktiki olaraq, Türkiyə hərbçilərinin Azərbaycanda olmasının hüquqi bazası yarandı. Onlar elə əvvəldən də burda yerləşmişdilər, Naxçıvandakı əlahiddə ümumqoşun ordusunda da təmsil olunurlar. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki aerodromda yerləşən bir terminal artıq bundan sonra tam Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin istifadəsində olacaq. Həm də ki, bütövlükdə onun icarə haqqı, təminatını Türkiyə Silahlı Qüvvələri özü həyata keçirəcək. Əgər indiyə qədər Azərbaycanın Müdafiə Nazirliyi onları yanacaqla təmin edir, eləcə də burda saxlanması ilə bağlı müəyyən xərcləri üzərinə götürürdüsə, artıq bundan sonra o şəhərciyin tam şəkildə istismarını, cari, əsaslı təmirini Türkiyə Silahlı Qüvvələri həyata keçirəcək. "Qızıl Şərq” tam qorunan bir hərbi şəhərcikdir. Tağıyev qəsəbəsindəki aerodromda isə Azərbaycanla Türkiyə hərbçiləri birgə təlimlər keçirir. Türkiyə Silahlı Qüvvələri üçün F-6, F-4 təyyarələri, döyüş helikopterləri tanklar gətirir. Həmin terminala bundan sonra Türkiyə Silahlı Qüvvələri şəxsi heyətini özü yerləşdirəcək”.


"Bu, iki dövlət arasında sıx əməkdaşlığın təzahürüdür. İki ölkənin Silahlı Qüvvələri mütəmadi olaraq birgə təlimlər həyata keçirirlər. Qərargahların birgə işi var, hazırlıq məsələləri uzlaşdırılır. Bu baxımdan, iki qardaş ölkənin silahlı qüvvələri arasında maddi bazanın yaradılması müsbət hadisədir”.

Bunu politoloq Zərdüşt Əlizadə deyir və Azərbaycan ordusunun Türkiyə ordusuna nisbətən zəif, xeyli cavan və təcrübəsiz olduğunu vurğulayır:

"Ona görə də daha güclü türk ordusunun təcrübəsini öyrənmək Azərbaycan ordusuna kömək edə bilər”.

Zərdüşt Əlizadə iyulun 15-də Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisinin çevriliş cəhdinin Azərbaycan-Türkiyə münasibətlərinə təsirinin olmadığını da sözlərinə əlavə edir.

Şübhəsiz ki, bu şərhlər bəzi media orqanlarını da çaşbaş salıb. Əslində ekspertlər düzgün və aydın izahatlar veriblər. Yəni Türkiyənin Azərbaycanla hərbi hava qüvvələri kontekstində təlimlər keçirməsi qardaş ölkənin ölkəmizdə hərbi baza yaratması demək deyil. Bu, sadəcə, türk hərbçilərinin bir yerdə yerləşməsi üçündür. Şəhərcik onların sosial təminatına görədir. Bir terminalın Türkiyə Silahlı Qüvvələrinə verilməsi hərbi baza xarakteri daşımır. Bu, birgə təlimlər keçirilməsi üçün nəzərdə tutulub. Çünki Türkiyə ilə Azərbaycan arasında hərbi bazanın yaradılması haqqında müqavilə yoxdur. Azərbaycan Konstitusiyasına görə də burda başqa ölkənin bazasının yerləşdirilməsi yolverilməz sayılır.


Rüfət Soltan


Adalet.az




Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.02.2017
QHT-lərimiz Gürcüstanın Ədliyyə nazirinə müraciət etdilər - Zəlimxan Məmmədliyə görə
18.02.2017
Ohanyanı kabinetində döyüblər - ETİRAFI
17.02.2017
Rayonlarda vəziyyət necədir? — VİDEO
28.01.2017
İcra başçısını yoxladılar: KÜLLİ MİQDARDA MƏNİMSƏMƏ — RƏSMİ
25.01.2017
“Gənc Əkinçi” Akademiyası II dəfə yenidən başladı