Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4698

Digər sorğular

Dalınca qara daş...

23:07  |    01 Noyabr 2016  |   E-mail  |  Çapa göndər


Kompyuterin qarşısında oturub fikir dəryasına qərq olmuşdum.

Arzu SƏLİM |

Əlim "mışka"da, gözüm monitorda olsa da fikrim mənə xəbər eləmədən başqa yerə uçmuşdu...

Anidən özümü ələ aldım: ey dili-qafil, "dəryada qərq olmaq" fikrini ağıldan belə keçirmək olmaz. Təhlükəlidir. Ağla gələn bəzən başa gəlir. Payızdı. Hər gün yağışlar yağır. Bəzən intensiv olur. Bakıda aramsız yağış yağanda da avtomobillər, avtobuslar, insanlar, nə varsa hamı üzür. (Yağışın axıb getməyə yeri yoxdur axı). Bir sözlə, Bakı olur "Venetsiya". ..

Lənət şeytana! "Üzmək" dedim indi də dollar yadıma düşdü. Amma yağışın ona dəxli yoxdur. Yağışdan asılı olmayaraq Azərbaycanda hər gün dollar üzür, manat süzür, avro yellənir...

Manatla işim yoxdur: o qədirsiz-qiymətsiz, hörmətsiz-izzətsiz insanlara oxşayır. Offf, bu dollar... Heç yaxşı üzgüçü deyil; elə bir istiqamətə üzməyi bacarır...
Bu gün fikrimin kələfini yığmaq çətin olacaq deyəsən. Ən yaxşısı odur ki, bir fincan çay süzüb çox sevdiyim çiskinli yağışa tamaşa edim. Hər şey cəhənnəmə. "Dalınca qara daş".




Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
07.01.2017 Əl çəkin Nuraydan! - SİZ ONU ANLAMAZSINIZ
05.06.2015 76 il əvvəl bitən nağıl…