Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5117

Digər sorğular

Müharibə manyakları deyilik…

16:55  |    21 Yanvar 2015  |   E-mail  |  Çapa göndər

“Silaha o zaman əl atılar ki, artıq başqa mütərəqqi yol qalmasın”

İtalyan mütəfəkkiri Nikkolo Makiavelli

Rey Kərimoğlu | [email protected]




Müharibə görən, taleyin qisməti ilə odun-alovun içindən təsadüflər nəticəsində sağ çıxan heç bir normal bəşər övladı müharibə istəməz. Bunu yalnız psixi cəhətdən sağalam olmayan adamlar istəyə bilər. Amma indi bizim Qarabağı işğaldan azad etmək üçün ayrı yolumuz yoxdur. Torpaqlarımızın azad olunmasını istəyirik. Amma necə?

Açığı, işğalda olan torpaqlarımızı azad etmək biz düşündüyümüzdən də qəlizdir. Hazırda məsələ qayaya dirənib. Ermənistan tərəfi deyir ki, necə istəyirsiniz razıyıq, təki, millətlərin öz müqəddəratını özü həll etmə prinsipi pozulmasın. Azərbaycan tərəfi, yəni biz isə deyirik ki, bütün təkliflərə razıyıq, təki, problem Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri çərçivəsində olsun. Düzdür, bu məsələdə beynəlxalq hüquq bizim tərəfimizdədir. Amma kimdir buna məhəl qoyan?! Dünyada Birləşmiş Millətlər Təşkilatından (BMT) da böyük beynəlxalq təşkilat varmı? Əlbəttə yoxdur. Bəs onda BMT-nin 1993-cü ildə qəbul elədiyi 822, 853, 874 və 884 saylı dörd qətnaməsi niyə icra edilmir? Di gəl, bu məsələdən baş çıxar, görüm necə çıxardırsan?!

Əslində BMT-nin qətnamələrinin icra olunmaması reallıqda BMT-yə təsir edə bilən böyük dövlətlərin ikili siyasətlərinin nəticəsidir. Onlar bir yandan-bəzən dolayısı, bəzən isə birbaşa deyirlər ki, Azərbaycan torpaqları işğal olunub və torpaqlar azad edilməlidir. Digər tərəfdən də tövsiyələr verirlər ki, problemi sülh yolu ilə həll edin, müharibə olmaz. Di gəl, işğalçıya, tövsiyə xarakterli də olsa, demirlər ki, işğaldakı torpaqları azad etməlisiniz.

Necə deyərlər: “Bütövə dəymə, paraya toxunma, amma doyunca ye.”

Bax, biz indi bu səbəbdən çətin durumdayıq. Düzdür, ordumuz güclənir, beynəlxalq aləmdə xeyrimizə işləyən məqamlar var. Amma ziyanımıza işləyən məqamlar da yox deyil...

Bəli, müharibə istəmirik, amma ayrı yol yoxdur. Bunu da hamı bilməlidir. Bu gün xalq diplomatiyasından danışanlar, sülh (Halbuki hazırkı prosesin adı problemin danışıqlar yolu ilə həllidir.) carçıları niyə təlimat aldıqları beynəlxalq təşkilatlar, fondlar qarşısında məsələ qaldırmırlar ki, Azərbaycana müharibədən ayrı yol qoymamısınız?

Ermənilərlə əməkdaşlıqdan çörək yeyən, “sülh göyərçinləri”, bu fikri heç vaxt unutmayın:

“İllərlə çəkilən zəhmətin nəticəsində əldə edilən ən etibarlı sülhü qəfil açılan top atəşi bir anın içindəcə alt- üst edə bilər”

Bu illər ərzində bir an da o torpaqlara qayıtmaq ümidi ölməyib içimdə. Nəinki, ölməyib, heç zərrə qədər azalmayıb, öləziməyib də.

Tale elə gətirdi ki, 2008-ci ildə birgə çalışdığım Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu - Millət vəkili Azay Quliyevdən sonra - Macarıstanda həbsdə olan Ramil Səfərovun hüquqlarının müdafiəsi üzrə koordinasiya şurasının rəhbəri oldu. Bu koordinasiya şurasında millət vəkilləri, ictimai xadimlər, QHT rəhbərləri və cəmiyyətimizin müxtəlif təbəqəsinin nümayəndələri təmsil olunurdu. Digər əməkdaşlarımızla birgə bu istiqamətdə üzərimizə düşən işlərin öhdəsindən gəlməyə çalışırdıq. O zaman şəxsən mən tənəli və ironiyalı suallara cavab verməkdən bezmişdim. Hərə bir söz deyirdi: “Ramil Səfərovu erməni qoymaz Azərbaycana gələ!” “Nə qədər Rusiya, Fransa var Ramil Macarstanda cürüyəcək!”, “Erməni yatmayıb ey, işləyir, qoyarmı Ramili azad edələr?!” bu tipli suallardan təngə gəlmişdik. Amma günlərin bir günü Ramil Səfərov Azərbaycana döndü, özü də necə? Təyyarədəcə onun qollarına vurulan qandallar açıldı və ölkəmizə azad vətəndaş kimi qədəm basdı. İndi bunu o zaman bizə tənəli sual verən adamların birinin də üzünə vurmuram.

Amma bu gün Qarabağın işğaldan azad olunacağına inanmayan, içlərində buna zərrə qədər şübhəsi olan insanlara bircə söz demək istəyirəm:

-Ramil Səfərovu azad edən xalq, onun Ali Baş Komandanı bir gün Qarabağı da azad edəcək! Mütləq edəcək! Buna əmin olun!
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
09.03.2017 Müharibə fotoları
28.02.2016 14 tank vurub, amma utanır
15.05.2015 “Ya zdes umer. Kuqay”
08.05.2015 Şuşa
11.03.2015 Bizim kəndin dəliləri...