Sumqayıt Kimya Sənaye Parkında sənaye parkının rezidenti olan "AzerFloat" QSC və Almaniyanın "HORN Glass Industries AG" şirkəti arasında saziş imzalanıb.

"AzerFloat" QSC şirkəti Sumqayıt Kimya Sənaye Parkında "Float" texnologiyası (isti vannada yayma) əsasında şüşə lövhələr istehsalını təşkil edəcək. Layihə çərçivəsində ildə 8 milyon kvadratmetr müxtəlif çeşiddə şüşə lövhələr istehsal etmək gücündə olan Vərəqə Şüşə İstehsalı Zavodu inşa ediləcək, 150 nəfər işlə təmin olunacaq.
Ümumi investisiya dəyəri 89 milyon avro təşkil edən layihənin 2018-ci ilin sonuna istismara verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, hazırda ölkədə vərəqə şüşələrə olan tələbat əsasən idxal məhsulları hesabına təmin olunur. "AzerFloat" QSC-nin istehsal edəcəyi məhsullar daxili tələbatı ödəməklə yanaşı, "Made in Azerbaijan" brendi ilə xarici ölkələrə də ixrac ediləcək.
Sosial şəbəkələrdə paylaş
Bölməyə aid digər xəbərlər