Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5110

Digər sorğular

Kasıb uşağın arzuları

16:39  |    14 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər

Nədir, nə baxırsınız?! Mənim ki, həm yaşıdlarım qədər arzularım yoxdur, onlar kimi nə polis, nə həkim, nə də məmur olmaq istəyirəm.

Rüfət Soltan | [email protected]

Atam deyirdi ki, oğlum, oxu ancaq bu vəzifələrdən heç birində olmağa çalışma. Sonra atam rəhmətə getdi, qaldım anamla mən. Bir gün anama yaxınlaşıb dedim ki, mən oxumaq istəyirəm. O isə ağzımın üstündən vurdu və sonra evdəki qalan bir-iki kitabı da çırıb zibilliyə tulladı. Onlar mənə məktəbdən verilən dərsliklər idi. Nəysə, rəhbərliklə davamız yenicə qurtarıb…
Hə, gördüyünüz kimi mən oxumadım, çünki anam demişdi ki, onsuz da evin tək uşağıyam, oxumağımı gözləsək acından ölərik. Elə isə məni bir ustanın yanına şəyird verdi. Artıq oxumaqdan da əlimi üzmüşdüm. Ustanın sexinə gələndə, ilk gözümə dəyən kitab rəfi oldu. Düzü bir az təəccüblənmişdim: taxta sexində kitab rəfi… Maraqlıdır, ancaq anam məni buna görə geri qaytarmadı. Bizə dolanışıq üçün təcili pul lazım idi. Bir-iki qohum-əqrabamız vardı, onlar da qohum yox, qorxuma çevrilmişdilər. Dil-ağız eləməyə nə yad anam, nə də mənim gücüm yetirdi. İndi ana-bala təkcə yaşayırıq. Şəkildə balaca, cılız görsənməyimə baxmayın, yaşım böyükdür, artıq beşinci sinfə getməliyəm. Valideynlərimin boyu siz deyən balaca deyil, anam deyir ki, vitamin çatışmazlığından belə olub. Amma məni bu cürə görüb bacarıqsız bilməyinha.. Hər yetənə gücüm də çatır, ağlım da. Çörəyimi də özün qazanıram. Atam öldükdən sonra onu heç zaman anlamayacağım bir vəsiyyət qoydu mənə: dedi ki, anamı işləməyə imkan verməyim. İndi anlayıram, yazıq anam, xəstədir. Məni dünyaya gətirəndən bir neçə ay sonra qəza nəticəsində dərin yara alıb və onu əməliyyat ediblər. Hətta darmacalın ortasında atamın onun üçün paltaryuyan maşını niyə aldığını da indi başa düşürəm. Əlindən gəldiyi qədər xanımını əziyyətə salmazdı. Çünki onu çox sevirdi. Elə isə mənim öhdəliyim böyükdür. Evin kişisi də özüməm… Bəlkə oxuya bilməyəcəm amma ailəmi təmin etməyi və unun üçün fiziki cəhətdən bacarıqlı bir işçi olduğumu bilirəm. Ustamın ən yaxşı şəyirdiyəm. O kitab oxumağı çox sevir, hərdən asudə vaxtımızı hər ikimiz birlikdə kitab oxumaqla keçiririk. Bəzi kitablara qadağa qoysa da, psixologiyamın götürə biləcəyi ağırlıqda kitabların çoxunu artıq vərəqləyib bitirmişəm. Qaraladığım kitabları isə hərdən usta olmayanda oxuyuram(aramızda qalsın).
Əyin başımı deyirsiniz?!.. Yox bu iş paltarımdı, mən səliqəli insanam, rəssamlıq bacarığım da buna sübutdur. Hərçənd böyüyəndə yazıçı olmaq istəyirəm. Bir dəfə dəzgahxananın yerləşdiyi küçədə oynayan uşaqları gördüm, orada bir qızdan xoşum gəlirdi. Hətta bir dəfəsində taxta lövhəyə onun adını yazıb hədiyyə eləmişdim. Usta bundan xəbər tutanda üzümə gülümsədi və dedi: Mən sənin yaşında olanda daha yaxşısını düzəltmişdim.
Gördüyüynüz kimi, ətrafım elə də geniş deyil: Ailədə anam, kənarda isə usta, sənət və kitablar…


Rüfət Soltan


Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
06.03.2017 ŞƏHİD KOMANDİRLƏRİM
09.02.2017 Jurnalist olmaq
30.01.2017 Məni çağır gəlim
27.01.2017 Tanrı türkləri sevir
30.10.2016 Siqaret kimidir, tərgitmək olmur