Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4386

Digər sorğular

Toydan qayıdan ailəyə “sürpriz” - Video

18:34  |    29 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər


Cəlilabadın Seyidbazar kəndində oğurluq faktı qeydə alınıb.

“Qafqazinfo” ARB TV-yə istinadən xəbər verir ki, oğurluq hadisəsi gecə saatlarında, ev sahibi Namiq İsmayılov evdə olmadığı zaman baş verib. Zərərçəkənin sözlərinə görə, o, ailəsi ilə birlikdə qohumlardan birinin toy mərasimində iştirak edib. Toy bitdikdən sonra evinə qayıdan ev sahibi mənzilin qarət olunduğunu görüb.

Zərərçəkən Namiq İsmayılov gecə birin yarısında evə gəldiyini deyib: Gördüm ki, şüşəni sındırıb evə giriblər. 5 min 500 manat pul və bir də həyat yoldaşımın qızıllarını aparıblar.”

Ev sahibi qeyd edib ki, oğrular darvaza bağlı olduğundan, həyətə hasarı aşaraq daxil olublar. Sonra pəncərənin şüşələrini sındıraraq mənzildə axtarışa başlayıblar.

Hazırda faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində oğurluq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.02.2017
Qarabağ atı cinsinin inkişafına dəstək
18.02.2017
QHT-lərimiz Gürcüstanın Ədliyyə nazirinə müraciət etdilər - Zəlimxan Məmmədliyə görə
18.02.2017
Ohanyanı kabinetində döyüblər - ETİRAFI
17.02.2017
Rayonlarda vəziyyət necədir? — VİDEO
28.01.2017
İcra başçısını yoxladılar: KÜLLİ MİQDARDA MƏNİMSƏMƏ — RƏSMİ