Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4476

Digər sorğular

Təhsil şöbəsinin müdiri icra başçısının adından pul yığır

18:50  |    28 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər


Bəzi rayonların təhsil şöbələrinə rəhbərlik edən şəxslər Mikayıl Cabbarovun islahatlarına məhəl qoymayaraq öz bildikləri kimi işləyirlər.

Həmin şəxslərdən biri də Göyçay Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Rəşad Məmmədovdur.

Göyçaydan daxil olan şikayət məktubunda bildirilir ki, rayon Təhsil şöbəsinin müdiri Rəşad Məmmədov məktəb direktorlarının narazılığına səbə olacaq addımlar atmaqdadır. Şikayətçi iddia edir ki, şöbə müdiri Göyçaya yeni təyin edilmiş icra başçısı Mehdi Səlimzadənin adından məktəb direktorlarından pul yığır. Məlumatda qeyd olunur ki, şöbə müdiri pulu Göyçaya bir neçə ay əvvəl təyin olunmuş icra başçısı Mehdi Səlimzadə üçün yığdığını bildirir. Bildirilir ki, daha əvvəllərdə Göyçayın sabiq icra başçısı Mübariz Ağayev üçün pul yığan Rəşad Məmmədov indi də Mehdi Səlimzadə üçün pul toplayır.
Qaziler.az 7news/az-a istinadən bildirir ki, şikayətçinin iddiasına görə şöbə müdiri ilk təhsil ayının açılmasına bir neçə gün qalmış məktəb direktorlarını yanına çağıraraq dövlət tərəfindən verilən 5 günlük əlavə əməkhaqılarını tələb edib. Rəşad Məmmədov vəsaiti icra başçısı Mehdi Səlimzadənin istədiyini və yığmağa məcbur olduğunu dilə gətirib. Şöbə müdiri vəsaitlərin bir hissəsini ali məktəblərə yeni qəbul olunmuş tələbələrə icra başçısının hədiyyələrinə xərclənəcəyini deyib.

Adının açıqlanmasını istəməyən kənd məktəb direktorlarından biri saytımıza bildirib ki, Rəşad Məmmədovun pul yığmasından böyük ehtimalla icra başçısı Mehdi Səlimzadənin xəbəri yoxdur. Məlumatda idda edilir Rəşad Məmmədov hər bir məktəb direktorundan 150-200 manat alıb.

Qeyd edək ki, Rəşad Məmmədov uzun müddət müxalif Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Göyçay rayon şöbəsinin sədr müavini olub, 2003-2005ci illərdə hakimiyyətə qarşı qeyri adekvat və həqiqətə uyğun olmayan iddialar səsləndirib və Göyçayda radikal fikirləri ilə fərqlənən biri olub. 2005-ci ildən sonra mövqeyini dəyişən Rəşad Məmmədov hakimiyyətə yarınmaq xətti tutaraq Göyçay intkenat məktəbinin direktoru olub. Bir neçə ay əvvəl hakimiyyəti olmazın "günahlarda” ittiham edən bu şəxsin korrupsiya yolu ilə varlanmaq tarixçəsi də elə o zamandan başlayıb. Daha əvvələr xalqın gələcəyi, rifahı və səadəti üçün savaşdığın bildirən Rəşad Məmədov internatda dövlət hesabına yaşayan və təhsil alan yetim və kasıb uşaqlara dövlət tərəfindən ayrılan pulları mənimsəməklə var-dövlət sahibi olub.

Mənbə bildirir ki, Rəşad Məmmədovun internata direktorluq etdiyi həmin ərəfədə acgözlüyü o səviyyədə olub ki, uşaqların sovet dönəmindən qalma yataqlarda yatmağa məcbur edərmiş. Hətta həmin dönəmdə uşaqların yarıac-yarı tox vəziyyətdə yaşadıqları idda olunur. Həmçinin uşaqlara qarşı fiziki təzyiqlərin həmin dövrdə dözülməz dərəcədə artdığı qeyd olunur.

Mənbə: Göyçay təhsil şöbəsinin müdiri icra başçısının adından pul yığır

İnternat məktəbində işlədiyi müddətdə kifayət qədər varlanan Rəşad Məmmədov Göyçay şəhər icra nümayəndəsi vəzifəsinə təiynat almağa nail olub. Təqribən bir il əvvəl isə Göyçay rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə "transfer” ola bilib. Rayonda Rəşad Məmmədovun təhsil şöbəsi müdiri olmaq üçün keçmiş icra başçısı Mübariz Ağayevə 100 000, (yüz min), manat rüşvət verməsi haqqında iddialar dolaşmaqdadır. Böyük ehtimalla bu pulun böyük hissəsi yetimm uşaqların boğazından kəsilib.

Xatırladaq ki, Göyçay rayon Təhsil şöbəsinin nəzdində 57 ümumtəhsil məktəbi var və bu tədris ocaqlarında 2383 nəfər müəllim kollektivi çalışır. Son bir ildə rayon təhsil məktəblərinə 40 dan çox işçi qəbul edilib ki, onların hər birindən Rəşad Məmmədovun 1500-2500 manat arası rüşvət aldığı deyilir.

Qeyd edək ki, Göyçay Təhsil şöbəsi müdirinin maliyyə maxinasiyaları ilə bağlı araşdırmamız davam edir və Rəşad Məmmədovun maliyyə maxinasiyaları ilə bağlı yaxın günlərdə oxucularımıza daha ətraflı məlumatlar verəcəyik. Bizi izləməkdə davam edin.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.03.2017
Sarkisyan özünün daha bir opponentini həbs etdirdi
13.03.2017
REGİONUMUZA SOXULAN İRTİCA: – TƏHLİL
02.03.2017
Salyanda Kürün səviyyəsi aşağı düşüb, bəzi nasoslar quruda qalıb
24.02.2017
Azərbaycanın ən yaşlı vətəndaşı - VİDEO
23.02.2017
Uçqun altından çıxarılan 1 yaşlı Elcan xəstəxanaya yerləşdirildi - GÖRÜNTÜLƏR