Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4298

Digər sorğular

Patriot imici(Hekayə)

16:19  |    02 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

Uşaq ikən qaldığımız yataqxana illəri yadıma düşür, gözlərimin önündə bir film kimi canlanan tarix təlatümlü xatirələri indi aydın şəkildə kiçik parçalarla nümayiş etdirir. Bəzi hissələri ixtisarlar, bəziləri isə uzun uzadı, bununla bərabər maraqlı verilişlərlə geniş bir monitorda əks olunurlar. Fikir aləmim mənim kino zalımdır, təxəyyülümün rejissoru, yaddaşımın ssenari müəllifi olduğu bu tarixi-həyati serial, mütəmadi olaraq özünün özəl bölümlərini ərmağan edirdi. İctimai fəaliyyətimin, bəzi hallarda gərgin iş rejimimin fasilə etablarında bu nəsildən olan filmlərə baxırdım, təbii, baş rolda da mən özüməm. Başqa cür ola da bilməzdi. Ssenari müəllifi deyir ki, onun üçün eşitdiklərini düz-qoş etmək gördüklərindən qat-qat çətindir. Çünki, hərə tarixi öz bildiyi kimi danışırdı ona. Yəni mənə...

Rüfət Soltan | [email protected]

Qonşuluqda Qasım deyə biri vardı, o da öz ailəsilə Ağdam işğal olunan vaxtlar bizimlə birlikdə bu yataqxanada məskunlaşmışdılar. Atamın dediyinə görə kənddə həyət qonşusu olmuşuq. Bura gələn zaman mənə o taydan elə danışardı ki, ağzım açıq onu diləyirdim, bəzən hətta canlı tarixin bunları mənə nəql etdiyi təsəvvürümdə canlanmışdı. İdeal bir baxışdı sadəcə. Orta məktəbdə oxuduğum vaxtları tariximizlə çox maraqlanırdım, bunula belə mütaliədən savayı, dinləməyin də qavrayışıma verə biləcəyi yüksək faiz göstəricisindən agah olmuşdum. Zamanla Qasım dayıyla Qarabağın düşmən tərəfindən işğalına qədər gəlmiş-keçmiş dönəmlərini müzakirə edərdik(Görünür o da tarixə maraqlı biridir). Mən nəzriyyəçi, o isə təcrübəçi kimi. Beynimdə hər gün yeni bir sual işarəsi peyda olurdu. Və həmin gün, əlillik həyatı yaşayan Qasım dayıyla söhbətə yollanardım. O isə hər dəfəsində açıq-aydın və məntiqə söykənə biləcək cavablarıyla birmənalı məni susdurardı. Qarabağ savaşında ayağına atılan güllə baldırını dəlib keçmişdi. O vaxtdan bəri axsaya-axsaya yeriyir, bəlkə də bir ömür belə olacaq. Elmli, savadlı adamdır. Deyilənə görə yurddan didərgin düşən zaman kim əlinə nə keçirdisə evdən əşyalarını qapıb özüylə gətirməyə çalışırdı. Təbii ki, bəzilərinin əşyalarının çoxu elə ata-baba yurdunda qalmışdı. İndi Allah bilir ermənilər onlarla nə həngamələr qayırıblar. Müasir dövrdə texnikanın inkişafında yararlanaraq kosmosdakı peyk vasitəsilə kəndimizə virtual səyahət etmişdik. Evdəki böyüklər kəndimizi çətinliklə tapdılar. Bircə kartoqrafik nişan belə qalmamışdı ki, onun köməyilə lazımı yeri bəlli etsinlər. Nə bilim, filankəsin ferması, kənd orta məktəbi, filan xəstəxana və s. Heçnə, yeganə qalan iz tikililərin bünövrəsidir. Deyəsən çox uzağa getdim... Hə, onu deyirdim də, belə vəziyyətdə həmin bu indiki viran olunmuş kəndimizdən hərkəsən öz dəyərli əşyalarına əl atıb gətirmişdi. Təsəvvür et ki, düşmən bir neçə gündən sonra evinə basqın edəcək və buna görə səndən bir neçə saat içində evi boşaltmağını və doğma məkanını tərk etməyini tələb edirlər. Bu zaman isə ağıla gələ biləcək ilk əşya ən sevimli olanıdır. Həmin bu Qasım kişinin də sən demə ağlının tutduğu evdəki kitab rəfi imiş...

İlk dəfə onlara qonaq gedəndə(o zaman uşaq idim) rəfdə yerləşən növbənöv kitablar məni valeh etmişdi. Geniş bir rəf 5x3-ə tək otağın demək olar ki, bir divarını tamamilə örtmüşdü. Arxaya çönüb evin içində fırlanmasaydım sadəcə kitabxanada olduğumu düşünərdim. Bir müdddət sonralar artıq bu rəfdəki kitabların çoxunu vərəqləmişdim. İçərilərində elələri var idi ki, onları hətta respublikanın nüfuzlu kitabxanalarında tapmaq belə müşkül məsələydi. Uzağı arxivlərdən eşələyib işığa nəsə çıxarmaq olardı.

11-ci sinifdə oxuyurdum, bir dəfə məktəbimizin təşkilati işlər üzrə direktor köməkçisinə müraciət edib qonşumuz Qasım dayı ilə görüş tədbiri təşkil etməyi xahiş elədim. Məktəbdə təhsil aldığım bu müddətdə ilk təşəbbüsüm olmuşdu. Və uğurlu oldu... Sinif yoldaşlarım tədbirdən sonra bir neçə gün mənimlə keçirdiyimtədbirlə bağlı müzakirələr aparırdılar. Doğrudur filmin baş qəhrəmanı mənəm ancaq, elə seriallar var ki, orada məndən savayı əsas obrazlar da rol alırlar. Bu dəfəsində isə Qasım dayı olmuşdu.


Əslində filmin bir yox bir neçə serialında Qasım dayı mənimlə çiyin - çiyinə oynayırıq. Qamətində bir qədər əyrilik nəzərə çarpsa da boy-buxun cəhətdən gödək biri idi. Hündür olsaydı məncə bu onda daha qabarıq şəkildə biruzə verəcəkdi. Zira səninlə qarşı-qarşıya oturub söhbət eləsinha, onda kiminlə, harada və hansı zaman intervalında danışdığının belə fərqinə varmayacaqsan. Çox dürüst dərrakəli və səmimi insandır. Qarabağ müharibəsindən elə faktlar gətirərdi ki, bəzən insanlıq dəyərələrinə söykənib sadə erməni vətəndaşıyla bərabər, hərbçilərini, hətta ondan daha artıq rusları söymək ürəyindən keçir. Bəzən öz döyüşçülərimizə də qınağlar yağdırırsan.

"1990-92 ci illərdə batalyonlar meydanda at oynadırdılar. Düzü o vaxtı batalyon adı qoyulsada, əslində onların coxu "özünümüdafiyyə” dəstələri idi, ov tüfəngindən tutmuş ordan- burdan ələ kecirdikləri Kalaşnikov tipli avtomatlara qədər silahlanmış dəstələr. (Sovet ordusu dağılandan sonra Azərbaycanın ilk qeydiyyatda kecmiş könüllülərindən idarət batalyonu 1992 il oktyabr ayında yarandı) İlk belə bir batalyon Xıdırlı batalyonu olmuşdu, 500 xıdırlı sakinindən ilk 10-15 nəfəri öncəki vaxtlar məhz bu batalyona yazılmışdılar, Arif (İbrahimov) adlı bir əsgər yoldaşım vardı, indinin özündə sağdır. Hərdən əlaqə saxlayırıq. O da mənim kimi müharibədənyara alıb, lakin buna görə heç bir müavinət belə ala bilmirdi ki, heç olmazsa özünün müalicəyə yazsın. Halbu ki, savaşın qızğın vaxtlarında, bir kəndçimiz yıxılıb ayağından zədə almışdı və bunun hesabına özünü müharibə döyüşçüsü adına urcah eləməyi bacardı əclaf. Nəysə... İndi Şəhidlərimizin hərəsi bir qəbir daşına sarılıblar. Oqtay, Şirvan, Eldar, Elburus Həsənoğlu... Bunlar həmin şəhidlərimzidəndirlər-Vətənin qürur duyulası ərən oğulları. Elburus çox comərd döyüşçü idi, ilk şəhidimiz də elə o olmuşdu”.

- İndi onların məzarları yəqin ki, Dağüstü parkda yerləşir?

Qasım dayı, hüznlü çöhərsinə cızılmış təbəssümlə söhbət əsnasında fərqinə varmadığım bir nəsnəni mənə xatırlatdı:

- Yox oğlum, biz döyüşəndə və həmin bu yoldaşlarımız şəhid olan vaxtı Dağüstü park hələ istirəhət məkanı olaraq qalırdı.

- Aha, anladım.

"Bir müddət sonra əsgər yoldaşlarımla mən Şirin Mirzəyevin batalyonunda birləşdik. Heç kəs bizə yardım etmirdi. Silahlarımızı belə öz maliyyə imkanlarımız hesabına almışdıq. Nəyə görə? Evimizi, qeyrətimizi, torpaqlarımızı qorumaq üçün.

Bax sənə Elburusu deyirdimha(Həsənoğlu), onunla patronlarımızı paylaşdığım an yadıma düşür: 10 ədəd patronum vardı əlimdə, neyləyə bilərik, kasadlıq idi də. Sonra onun beşini ona, digər yarısını is özümə götürəsi oldum...
-Veteranın gözləri uzaqlara zilləndi. Güman olunur ki, onu xatirələrin ağrısı tutmuşdu... Bir neçə saniyəlik səssizlik mənim hövsələmi daraldırdı. Belə anlarda, xüsusilə də kuliminasiya nöqtəsini gözlədiyim bir əhvalatı dinləyərkən necə səbrli olacaqdım ki?

"Və, Elburus Həsənoğlu həmin 5 patronla döyüşə keçdi, bir müddət sonra şəhid olduğunu öyrəndik”. İlk batalyon şəhidimizin döyüş tarixcəsi, maraqlı və eyni zamanda hüznlü təəssürat bağışlardı insana. Zamanla düşünürdüm ki, görəsən bu veteranla rastlaşmağım və ondan hər adamın müsahibi ola bilməyəcəyi təqdirdə, əsasən ağrılı gerçəkləri dinləməyim mənim üçün xeyirlidir, yoxsa bu gənc yaşımda psixoloji halətimə mənfi təsir edir. Hər halda nə vaxtsa vətənpərvərəm deyib oynaqlasam məni dəli hesab edənlər də olacaq, kazə patriot imici saxladığımı belə düşünərlər. Hər halda mən sülhə qane deyiləm, bu qədər...

"Gənclərimizin fikirlərini dəyişə biləcək qədər az, lakin əlverişli zamandır...”

Veteran bu sözləri deməkdə haqlıdır. Qarabağ savaşından bu yana heç 20 il belə keçmədiyi bir dönəmdə Qasım dayının mənə nağıl etdiyi hadisələr inikas etdikcə, düşüncələrim sanki hər dəfəsində yeni bir reallığa immitasiya edirdi.

"Hələ Xıdırlı batalyonunda olarkən könüllü soydaşlarımız çox az idi. Təbii ki, hamımız kortəbii olaraq birlikdə hücuma atıla bilməzdik. Bu düşünülməmiş planlar kateqoriyasına aiddir. Ancaq döyüşmək üçün yoldaşlarımla aramızda mübahisəli hallar da olurdu. Ürəyimizdə kifayət qədər vətən eşqi, döyüşə hədsiz maraq, qisas almaq istəyində olduğumuz dərin intiqam hissi-bax bunlar idi mübahisələrə yol açan. Biz bu zaman bir – birimizə daha çox inanır, arxalanırdıq. Fəxarət, emosiya, titrək nəfəs həngaməsilə müşaiyət olunan uşaqyana duyğusallıq təcəssümü. Bu hisləri yaşamaq üçün vaxtımız belə yox idi. Çünki, müaharibədə emosialar və həyat haqqında fikirlər səni tərk edir, ancaq döyüş haqqında fikirləşirsən, döyüşmək üçün doğulduğunu düşünürsən.

- Bəs indi necə, dediyiniz uşaqlıq emosiyaları sizi haqlıyıbmı?

- Hərdən keçmiş müharibə nostalgiyası məni boğur, Müharıbə filmlərinə adamlar arasında baxa bilmirəm, göz yaşlarımı saxlaya bilmək çox çətin olur. Yəqin bu yaşlılıqdan irəli gəlir-deyə Qasım dayı gülürdü.

Arzu və ya istəklərinin gerçəkləşməsinin çox yavaş sürətlə hərəkət etdiyini düşünürsən, hətta illər keçdirkcə nə arzulamış olduğunu belə unudursan. əslində isə belə deyil, sadəcə bir zaman baş verəcəyinə imza atılmış halda həmin arzular yaddaşının dərinliklərində gizlənmiş olur. Və bir gün "Mən artıq bunu yaşamaqdayam” deyə ürəyindən səslər gəlir və sən bunun fərqinə varmış olursan. İdeal insan yoxdur, ancaq bəzi hallarda hətta fenomen hesab etdiyin bir şüur sahibilə qarşı-qarşıya oturub danışmaq, onunla müsahib olmaq səni xoşbəxt etməyə bilməz. Çünki, bu sənin daxili aləmində gizlənmiş səmimi və gizli istəyindir. Qasım dayı da çoxdan bəri əyani tanışmaq və ünsiyyət qurmaq arzusunda olduğum həmin fenomen insanlardan biriydi. Mülayim və istiqanlı münasibəti, ələlxüsus peşəkar natiqlik bacarığı onu dinləməyə vadar edirdi. Yaddaşı da iti idi. Yaşım və elmi-ədəbi təcrübəm imkan versəydi bu şifahi tarixi kağız üzərinə gözəl şəkildə qeyd edərdim. Gələcəkdə sağ qalsam bunu mütləq edəcəm.

"Sənə dediyim Şirin Mirzəyevin batalyonuna qoşulmamışdan öncə cəmi 27 əsgərimiz vardı. Ancaq sonradan bu say dəfələrlə artdı. Çünki, batalyonumuz və bizi izləyən müddətlər qüvvətli təsirə malik idi. O vaxtkı vətənpərvərliyin nə olduğunubilsəydin, heyrətə gələrdin. Xoramırtda olarkən, təkcə Qarabağdan deyil, Azərbaycanın digər regionlarından könüllülər iştirak edirdi. Onlar müxtəlif könüllü qruplarını təşkil edirdilər. Hədsiz döyüş ehtirası vardı oğlum. Hər kəs döyüşmək istəyirdi, doğrudur, aralarında qorxaqlarını da görmüşəm, mina partlayanda yaxud düşmən atəşə keçəndə yerə sərilib başını qucaqlayan əsgərciklər də bizimlə birlikdə olublar. bir müddət sonra öyrəndik ki, Xocalı alınıb, həmin vaxt bizim artıq yeni batalyonumuz - "Qatır Məmməd” batalyonu vardı. Biz Qazança kəndindən(Ağdərə) Xocalı istiqamətinə yürüş etdik. Döyüş anında bəzən ölümlə oyun oynuyurduq, o bizi qovlayır, biz isə tanklarıözümüzə zireh hesab edib ölümdən yayınmağa çalışırdıq. Təsəvvür elə ki, geniş bir çöllükdəsən, hər tərəfində atışma səsləri. Başını yuxarı qaldıran zaman səmada uçuşan "işıq”lar sənə dəhşətli anlar yaşadır. Çöllükdə düşmənin hədəfinə tuş gəlməmək üçün tankların kənarında gizlənib özümüzü müdafiə etdiyimiz ani vaxtlar belə oldu. Zalımın tankı isə birdən elə şütüyür ki, qaçsam belə ona çatmaq müşkül məsələdir. Belə anlardan birində yan tərəfiylə qaçaraq gizlənməyə çalşıdığım tank sürətimi üstələdi və mən açıqda qaldım. Bu vəziyyətdə edə biləcəyim tək bir hərəkət quru yovşanların arasında gizlənmək idi. Elə isə atdım özümü, sərildim yerə. İndi isə ilan təqlidi edib sürünməyə çalışırdım.

Ayağımdan aldığım güllə yarası Xocalı istiqamətində baş vermiş döyüşdə olub. O vaxtdan bəri mənə qalan tək xatirə budur, bir də bəzi yoldaşlarım - Elə indilərdə də onlarla mütəmadi görüşürük.


Anlayacağımız və dərkiyyatına vara biləcəyimiz hadisələr, yaşantılar insanıüzüntülərə düçar edir. Müharibədə rəsmi tərəfindən qalib mövcuddur, ancaq itkiləri hər iki tərəf qazanır. Amma əsas məsələ nisbətlə bağlıdı. Qarabağ savaşında güllələnmiş, doğranılmış, min cürə zülmətə düçar edilib həyatını tapşıran həmvətənlərimiz günahsız bir mələkdirlər. Bizdə yalançı veteran ola biləcəyi təqdirdə, ermənilərdə necə, bir sürü deyilmi?! Qızmış beyinləri, alovlu ürəklərin qəhərini, yaddaşa həkk olunmuş intiqamı kimlər daha çox qavrayışına ötürməyi bacardı? Özümüz. O murdar qərblilərin Allah bəlasını versin! Dinsiz, imansız, heçnədən qorxmayan "əşyalar”! Kənardan fitvaya aparan "sarıbaşlar”, qısası əclaf "pyoturlar”. Gül kimi Qafqaz müstəmləkəsi varkən, nifaq mütləqmi lazm idi ki, salınsın aramıza?-deyə filmin sonluğu, serialın axırıncı lenti kəsildi. Kino zalım boş qaldı. Həyatım əsgərlikdə sona yetdi, əclafların silahıyla...


Rüfət Soltan


Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
30.10.2016 Siqaret kimidir, tərgitmək olmur
14.10.2016 Kasıb uşağın arzuları
14.09.2016 Azərbaycan?!
10.08.2016 Əsgərin arzuları
21.07.2016 Yazıçı psixologiyasından “heç nə”