Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4464

Digər sorğular

Azərbaycanı azərbaycanlılardan yaxşı tanıyan AMERİKALI

15:34  |    12 Avqust 2016  |   E-mail  |  Çapa göndər

Uzun illər Azərbaycanda yaşamış, amerikalı jurnalist Robinzo Edvardın həyat hekayəsi və ölkəmiz haqqında formalaşan fikirləri, o cümlədən burada tanış olduğu azərbaycanlı dostu haqqında müsahibəsini təqdim edirik. Qarabağ müharibəsi ərəfəsində müxbir kimi ölkəmizə gələn bu şəxs bizə olmamış hadisələri danışdı. Özü belə təqdimat verdi:

Sizə olmamış bir hadisə danışmaq istəyirəm

Mənim adım Robinzodur, 42 yaşım var. Detroydda dünyaya gəlmişəm. Avtomobil istehsalında irəlidə gedənlərdənik. Minlərlə qəzalar, xoşbəxt sonluqlaradək ağlınıza avtomobillə nələr etmək gəlirsə hamısı keyfiyyətli General Motors Korporeyşna məxsusdur. 20 ildən artıqdır ki, Azərbaycanda yaşayıram, görürəm ki, siz hələ də meyvə-tərəvəz və mətbəxinizlə öyünürsünüz. Əslində qibtə etmirəm deyə bilmərəm, siz heç olmazsa qida və sağlamlıqdan danışırsınız, biz qərb ölkəsi olduğumuz halda belə ancaq sənaye kəlməsini işlədə bilərik. Ancaq sizdə elə bir təəssürat yaranmasın ki, ha doqquz milyonluq ərazinin hamısı smokinqə qərq olub. Yox, mərkəzi Amerikaya səyahət etmiş olsanız oradakı qutu kimi daxmaları olan villeclərimiz, xalı tək uzanan yalan olmasın sizin mikroşəhərçiklərinizdən sahəcə böyük zəmilərimiz var. Özü də bizdə fermer təsərrüfatıdır, daha avadanlıqlara pul ver, toxumu özün al, traktoru bostana sövdələşməylə gətir falan. Yox qətiyyən bizdə hər şey səliqəldir, daha yol qırağında dayanan taksiləriniz kimi traktoristlərimiz yoxdur. Şəxsi təsərrüfat anlayışının nə olduğunu açığı Azərbaycana gələndən bəri unutmuşam.

- Görünür ölkəmizin iqtisadi metodlarını yaxşı qavramısınız...

Bu mövzuda hələ çox danışa bilərəm, amma məni daha çox maraqlandıran başqa məsələlər də var. Mənə elə gəlir ki, bu sizin üçün də maraq kəsb edəcək. Sizin tarixinizə də azdan, çoxdan praktiki bələdəm, bu torpaqlara gələn zaman SSRİ dağılmaq ərəfəsində idi. Üsyanlar, qırğınlar, milli hərəkatlar, soyqırımlar, qətliamlar və s... Başınız sağ olsun. Etiraf edirəm ki, erməni vəhşiliyi adlı sindrom qərbin təşəbbüskarlığından yaranıb. Nəysə, onsuz da dünyada zərrəcə parıldayan demokratiya qığılcımı görünür, o da danışmağıma kömək etməz. Sizin dövlətinizə, yaşadığım müddət şahidi olduğum dahilərin idarəçilik bacarığına və uğurlarına şahid olmuşam. Hər halda, mən artıq özümü buranın vətəndaşı hesab edirəm, rəsmi deyil, hətta bilincli şəkildə. Bu bir amerikalının dərkiyyatı, onun sevgisidir əziz həmvətənlərim. Sizin dilinizdə sərbəst və heç bir şivəyə yol vermədən danışa bilirəm. Çünki Azərbaycana gəlişimə məni təhrik edən amillərdən biri də Azərbaycan türkcəsinə hədsiz vurğunluğum və onu öyrənmək həvəsim olub. Burada gözəl ticarət, biznes qurmaq olar. Abşeron regionu bunun üçün ən əlverişli məkandır, ancaq zaman ötdükcə ərazilər genişlənir, bu isə hətta bizim kimi kiçik biznesmenlər üçün də xeyirli və savablı işdir. Neftimiz var, qazımız ixrac olunur və bu iqtisadiyyatın əsas potensialı hesab oluna bilər. Bilməyənlər üçün deyim ki, hələ 100 il ömrümüz (burada Azərbaycanı nəzərdə tutur) var. İnanıram ki, dövlət başçısı və onun layiqli davamçıları illər sonra milli gəlirlərimizin təbii karbohidrogen məhsullarından asılılığını azaltmağa müvəffəq olacaqlar. Hər halda bunu çox yerdə qeyd etmirlər, ancaq "ölkəmiz” heç də neftdən asılı deyil, onun ticarət, son dövrlərdə turizmlə əlaqədar gəlirləri formalaşmış və artmışdır.

Açığı kortəbii yolla qazanılan məbləğlər ticarəti üstün tutur, məkan naməkan, insanlar isə istənilən təbəqədən. Deyirlər təhsilə önəm və qayğı azalıb. Buna görə də nüfuzlu ali məktəblərimiz iqtisadçı ekspert əvəzinə peşəkar satıcı, alverçi yetişdirir. Buna göz yummaq olmaz deyirik, amma bəzi şeylərin mümkünsüzlüyü ilə barışmırıq deyəsən.

Burada bir dostumla tanış olarkən o zaman Azərbaycana yenicə gəlmişdim. Hə, üzr istəyirəm, sizi məsləyimlə tanış etməliyəm: Mən jurnalistəm (kiçik biznesim də var). Elə o dönəmdə də Bakıya baş verən hadisələri araşdırmağa gəlmişdim. Sonra öz ölkəmdən mənə dəstək və əlaqə qəfildən kəsildi və bu izsiz-bucaqsız, indi isə doğma məkanda tənha qalmışdım. Bir həftə cibimdə olan xərcliklə dolandım, kartıma pul gəlmədiyindən hirsimdən onu cırıb atmışdım. Əlimdəki fotoaparatı isə indi adlandırdığınız "məhlə lotularına”na dəyər-dəyməzinə satmalı oldum. Ondan mənə qalan tək şey lentdir.

-Maraqlıdır... Bir də deyirdiniz ki, burada bir dostunuz da var.

Dostumun adı Davuddur, mən ona David deyirəm. Çox istəyirəm onu. Tənha ölkədə mənə ilk insanlığı o göstərdi, başlıcası dilimi anlayırdı. Sonra öyrəndim ki, Azərbaycanda nüfuzlu Dillər Universiteti var və David oranı bitirib, özü də qırmızı diplomla. Burada onun dəyəri yüksək qiymətləndirilir. Özü nə işləyir? "Satıcı”. Özü də fərsizindən (aramızda qalsın). Yəni ictimaiyyətlə lori ünsiyyət qrafasında "haştanpiştan” satış prosesini həyata keçirib evinə çörək aparır. İki övladı var, artıq onlar da böyüyüb, birini xaricdə oxutmaq istəyirdi, mən isə əlimdən gələni etdim. Sağ olsun Amerikada unutmadığım, eyni zamanda unudulmadığım dostlarım vardı. Elə bilirsiniz "tanış-bağlanış” sistemi təkcə Azərbaycandadır? Xeyr, Amerikada da belə sistem mövcuddur, ancaq bunun "law” şəbəkəsilə heç bir əlaqəsi yoxdur. Yəni bir növ tanışlıq deyil, yol göstərmək. Davidin ovladı savadlı və alicənab bir öyrənci idi. Mən onu yaxşı tanıyırdım və əlimdən gələn köməyim və Balaca Alvinin (Elvin) ingiliscə bilik bacarığı işləri yoluna qoydu. Hal-hazırda xaricdə təhsilini davam etdirir. Digər övladı yaşca Alvindən kiçikdir, hələ orta məktəbə gedir. Həyat yoldaşı isə çox mehriban və əsil bacı kimidir. Doğma bacımı burada əvəz edir. Onu Amerikada yaşayan bacım Elzaya da tanış etmişəm. Qısası Davidlə artıq ailəcə dost olmuşuq.

Bu yaxınlarda xoş bir xəbər aldıq...

Davidin oğlu bizim ölkədə bir qrup azərbaycanlı yoldaşları ilə lokal ad çıxarıb. Oradakı diasporalardan birinə qoşulub ölkəsinin tarixiylə vuruşan fatehlərdən olmaq istəyir. Hərdən internet vasitəsilə Amerikadan birbaşa bağlantılar yaradırıq, Alvin öz planları barədə danışır, mən biliyim çərçivəsində ona əlverişli məsləhətlər verirəm, valideynləri isə bir ağızdan gah nigarançılıqlarını nümayiş etdirirlər, gah da ki, yenə eyni vəziyyət... Əslində onları anlayıram, qorxurlar ki, şimal materikində siyasi əksçilik edənlərə kəskin reaksiya verən illüminatlar olsun. Mən dəfələrcə bu məsələ barəsində onları məlumatlandırmışam, əgər demokratiyadan söhbət açacaqsınızsa, deyə bilərəm ki, dünyanın heç bir yerində tam azadlıq yoxdur. Sadəcə "compare” etmək olar. Deyək ki, Amerikada demokratiyanın pozulması bir nazirin övlad toyunu çəkməyə gələn jurnalistlərin buna imkan qazanmaması ilə ifadə olunursa, Orta Asiyada, o cümlədən keçmiş postsovet məkanında jurnalistlər belə maneədən sonra sadəcə üz döndərib könülrahatlığı ilə uzaqlaşa bilərlər. Onlar onsuz da bilirlər ki, istəyən nazir mütləq özü tapacaq. Hər halda bir xarici vətəndaş kimi Davidin ölkəsi barədə nəzəri düşünə bilərəm. Bu mənim şəxsi nəticələrimdir. Yalnışdırsa qapı açıqdı, qonağım ola bilərsiniz. Sizin üçün rahat və geniş dəyirmi masa təşkil etmişəm. Qoy sonra desinlər ki, bir amerikalı yürütmüş olduğu yalnış fikirləri ilə yerli xalqı özünə cəlb elədi və beləliklə dəyirmi masalar lüzumlu diskussiyalara qərq oldular. Hər şey rifah üçün!..

-İndi gələcək üçün hansı planlarınız var?

Təxminən bir aydan sonra qərbə - öz torpağıma müvəqqəti baş çəkməliyəm, orada ailəm gözləyir. Elə getmişkən bəlkə Alvinlə də görüşdüm, görüntülü chatla bir də yanında əyləşən təftişli valideynlərlə heç nə etmək olmur. Oturarıq bir yerdə sakit və sərbəst düşüncəylə bu diaspora məsələsini aydınlaşdırarıq, Alvinin fəaliyyətləri - "qroup works”lə tanış olaram. Məni biznesmen kimi təsvir etməyin ha, əslində özümü daha çox jurnalist və politikaçı hesab edirəm. Cavanlığımda Alvindən artıq işlər görmüşəm. Sadəcə ABŞ hökuməti dəyərimi bilmədi o qədər. Tanrı mənə şans yaradıb ki, bir dostum olsun, onun övladı olsun və mən ona bir yardımda tapınım. Elə Alvinin özü də bu işə çox həvəslidir, hətta deyərdim hədsiz dərəcədə, hələ cavandır inanıram ki, gələcəkdə bu istək öz gücü ilə onu çox-çox irəlilərə aparacaqdır. Dayanın görək, hələ bir ay Bakıdayam, burada görüləcək çox işlərim var.

-Niyə məhz olmamış hadisələr?

Ona görə ki, mənim üçün möhtəşəm sayılan səyahətlər haqqında təəssüratlarım o qədər sehrlidir ki, bəzən hesab edirəm ki, bunları danışsam elə bəzi hadisələri şişirtdiyimi düşünərlər. Ona görə də olmamış hadisələr demək daha məntiqli görünür. Cəmiyyətin yoluyla getmək lazımdır (gülür).

-Sizə uğurlar arzulayırıq...

Təşəkkür edirəm. Azərbaycanı çox sevirəm mən. Hələ bu ölkəndə olmamışdan əvvəl bir çox Asiya ölkələrini gəzmişəm. Ümumi mentalitet baxımından Azərbaycan mənim üçün çox maraq kəsb edən ölkədir. Ən əsası füsunkar yeməkləri var. Mən bu işdə çox diqqətciləm. Sərbəst yaşam tərzi də yaxşı səviyyədədir. Bizim ölkədə demokratiyaya çox önəm verilir. İstər-istəməz hər bir Amerika vətəndaşı getdiyi ölkələrdən bunu tələb edəcəklər, qarşılığı gözlənilən nəticəni vermirsə, həmin ölkədə adətən çox qalmırıq. 90-cı illərdən bəri Azərbaycan mənə doğmalaşıb. İndi əsas istiqamətim ABŞ-Azərbaycan arasında olur. Deməli, bu ölkədə rifah var. Xalqı səmimi, qonaqpərvər və zarafatcıl olan bir ölkədir. Mən də sizin adınızdan xalqınıza böyük minnətdarlığımı bildirirəm.


Rüfət Soltan

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
06.03.2017
ŞƏHİD KOMANDİRLƏRİM
28.02.2017
Umud Rəhimoğlu: “Bu, media adına ləkədir“
09.02.2017
Jurnalist olmaq
09.02.2017
Kamal Axundov: “Azərbaycan beynəlxalq arenada idman ölkəsi imicini qazanıb”
06.02.2017
Bakı küçələri ermənilərin nəzarətinə keçirTaksi ilə gələn “bomba” - ARAŞDIRMA