Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4823

Digər sorğular

Aqil Abbas: “Mən dedim Ərdoğan üzr istəsin, dədəm-nənəm qalmadı...”

15:23  |    28 İyun 2016  |   E-mail  |  Çapa göndər

"Bu məsələlər məni artıq qətiyyən maraqlandırmır. Türkiyə Rusiyaya məxsus "Su-24” təyyarəsini vurarkən, mən bu iki dövlət arasında münasibətlərin düzəldilməsi üçün sözümü dedim. Ancaq mənim dədəm-nənəm qalmadı, Azərbaycanda məni söyməyən yalançı vətənşüvən qalmadı. Hətta mənə Rusiyanın agenti, vətən xaini belə dedilər”.

Qaziler.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinə göndərdiyi üzrxahlıq məktubu barədə danışarkən deyib.

Millət vəkili bildirib ki, artıq bu məsələlər onu ilgiləndirmir: "Rusiya bilər, Türkiyə bilər. Zəhmət çəkib öz işləri ilə məşğul olsunlar”.

Aqil Abbas son hadisələrin Azərbaycana təsiri haqda suala da cavab verib: "Azərbaycanın öz siyasəti var, özünün müdrik prezidenti var, özünün mənafeyi və marağı var. Məni Azərbaycanın mənafeyi maraqlandırır. Əlbəttə, Türkiyəni sevirəm, onun üçün canımı verərəm. Qırıcının vurulması isə daha çox Türkiyənin və Rusiyanın cumhurbaşqanı arasında olan işdir. Özləri bilər. Ancaq onu qeyd edə bilərəm ki, bu iki ölkə arasında münasibətlərdə yumşalma varsa, burada Azərbaycan prezidentinin rolu da var”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
14.08.2017
“Axı o, Lütfi Zadədir, Köçəryan deyil...”
07.08.2017
Rövşən Rzayev: “Əli Həsənovun ailə işlərinə qarışmağımız doğru olmazdı“
21.07.2017
Səməd Vurğun satqındırsa...
30.06.2017
“UNEC çox yaxşı universitetdir” – fransalı rektor
24.06.2017
Qazaxıstanlı turistlər: Azərbaycanda insanlar çox mehribandır