Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4555

Digər sorğular

“Dilqəm Əsgərov, Şahbaz Quliyevin azad edilməsi məsələsini müzakirə etməyə hazırıq“

16:18  |    17 İyun 2016  |   E-mail  |  Çapa göndər

vvəla qeyd etməliyəm ki, itkin düşmüş, əsir-girov götürülmüş şəxslər problemi Dağlıq Qarabağ münaqişəsinin ən həssas məsələsidir.

Adalet.az Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri İsmayıl Axundovun APA-ya müsahibəsini təqdim edir:

-Məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın BMT tərəfindən tanınmış ərazilərini Ermənistan silahlı qüvvələri işğal edib, insanlar tarixi yurdlarından qovulub. Ən ağır problem isə itkin düşmüş şəxslərlə bağlı məsələdir. Hazırda itkin düşmüş şəxslərin axtarışı ilə bağlı hansı tədbirlər görülür?

- Əvvəla qeyd etməliyəm ki, itkin düşmüş, əsir-girov götürülmüş şəxslər problemi Dağlıq Qarabağ münaqişəsinin ən həssas məsələsidir. Ona görə də itkin düşmüş şəxslərin işi daim Azərbaycan prezident cənab İlham Əliyevin diqqət mərkəzindədir. Hazırda Dövlət Komissiyası tərəfindən itkinlərin axtarışı sahəsində işlər davam etdirilir. Burada vacib məsələ ilk növbədə siyahılarda dəqiqləşmə işinin tam başa çatdırılmasıdır. Cari ilin ötən müddəti ərzində aparılan araşdırmalara əsasən demək olar ki, yaxın zamanda dəqiqləşmə başa çatacaq.

-Siyahılar demişkən, 17 iyun 2016-cı il tarixdə Milli Məclisdə keçirilmiş dinləmələr zamanı söylədiyiniz fikirlərə münasibət bildirən Ermənistanın analoji Komissiyası İşçi qrupunun rəhbəri ArmenKaprielyan Azərbaycan tərəfini itkinlərin sayını dəqiqləşdirməməkdə günahlandırıb. Bununla bağlı nə deyə bilərsiniz?

- Qeyd etməliyəm ki, siyahılarda dəqiqləşmə işi BQXK-nın iştirakı ilə 2005-ci ildən etibarən hər iki tərəfdə aparılır. Ermənistanın Dövlət Komissiyası İşçi qrupunun rəhbəri müsahibəsində nədənsə, bunun üstündən keçir. Bu müddət ərzində aparılan müzakirələr zamanı beynəlxalq təşkilatlar tərəfindən həmişə ermənilərlə bağlı siyahının dəqiqləşməsində çətinlik yaşandığı söylənilib. Bizim siyahımızla bağlı problem olmayıb. Əgər Ermənistan mətbuatını izləsəniz, orda itkin düşmüş ermənilərlə bağlı biri-birinə zidd olan rəqəmlərə rast gələcəksiniz. Özü də bu rəqəmlər bu sahəyə cavabdehlik daşıyan şəxslər tərəfindən söylənilib.

-Həmin müsahibədə qarşı tərəf Dövlət Komissiyasını eyni zamanda, Ermənistanın Dövlət Komissiyası ilə işgüzar məsələləri müzakirə etməkdən yayınmaqda günahlandırır. Buna münasibətiniznecədir?

- Bu kökündən səhv fikirdir. Ona görə ki, bu müddət ərzində dəfələrlə belə görüşlər olub, Moskvada, Tbilisidə, hətta Ermənistan-Azərbaycan sərhədində belə görüşlər keçirilib. Ancaq bütün bu görüşlərdə əldə edilmiş razılıqlar Ermənistan tərəfindən sonradan siyasi tələblər irəli sürülərək pozulub. İkincisi, biz görüş naminə görüşün tərəfdarı deyilik. Hər bir görüşün konkret mövzusu olmalıdır. Əgər Ermənistan tərəfi həqiqətən də görüşün keçirilməsini arzu edirsə, həmişə olduğu kimi, biz hazırıq buyursunlar. Təklif edirik ki, ilk müzakirə mövzusu hazırda tərəflərdə saxlanılan şəxslərin azad edilməsi məsələsi olsun. Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev, qoşunların təmas xəttində törətdiyi təxribat əməlinə görə, Azərbaycan məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi Arsen Baqdasaryanın azad edilməsi məsələsini ən yaxın vaxtda BQXK-nın vasitəçiliyi ilə müzakirə edə bilərik.

-ArmenKaprielyan Sizin haqqınızda danışarkən həmkar ifadəsini dırnaq arasında işlədib. Buna münasibətinizdə maraqlı olardı...

- Bu onun adi diplomatik etiket qaydalarını ya bilməməsindən ya da bilərəkdən pozmasından xəbər verir və diplomatik mədəniyyət məsələsidir. Hər halda mən onun yanaşmasını təkrar etməyəcəyəm
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
26.04.2017
Əflatun Amaşov: “Mənim əvəzimə başqa birisinin - nazir müavininin qızının adını siyahıya əlavə etmişdilər...”
25.04.2017
Əflatun Amaşov: “Bəxtimdən şikayətçi deyiləm”
25.04.2017
Qəhrəman oğullar olmasa idi, biz qadınlar hünər göstərə bilməzdik -Qarabağ qazisi, ilk snayperçi qadın Növrəstə xanım danışır...
22.04.2017
Mənim kəndim: “Allah qarabağlı illəri yenidən mənim ömrümə yazsın” - Qulu Ağsəs
14.04.2017
Rey Kərimoğlu: “Prezident tapşırıq verir, məmurlar əksini edir...bəzi icra başçıları deyirlər ki, nə olsun prezident deyib!”