Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4812

Digər sorğular

Qarını 60 saniyəyə əridən möcüzəvi və dadlı “Sassi” suyunun resepti - VİDEO

19:42  |    25 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Qaziler.az AzadQadin.az-a istinadən “Sassi“ suyunun hazırlanma qaydasını təqdim edir:

Dünya şöhrətli dietoloq olan Sintia Sassın şərəfinə belə adlanan su, arıqlamaq istəyən, qarın nahiyəsində problemləri olan, eləcə də orqanizmini yaxşılaşdırmaq istəyənlər üçün olduqca faydalıdır.

İnqredientlər:

Suyu tökmək üçün qab;

Orta ölçülü limon və xiyar;

Zəncəfil kökü;

Nanə;

Təmiz su.

Hazırlanması:

Addım 1.

“Sassi“ suyunu axşamdan hazırlamaq daha yaxşı olardı. Belə ki, su soyumalı və tərkibindəki ərzaqlar öz faydalı maddələrini suya çıxarmalıdırlar. İlk növbədə, limon, xiyar, zəncəfil və nanə yaxşı yuyulur (limon və xiyarın qabığı soyulmadığı üçün təmiz yuyulmaları vacibdir).

Addım 2.

Limon və xiyar nazik halqalar şəklində doğranır. Zəncəfil kökündən 1-2 sm uzunluğunda hissə kəsib qabığını soymaq və rəndələmək lazımdır. Sonda alınan zəncəfil 1 çay qaşığı qədər (təpəciklə) olmalıdır. 10-15 yarpaq nanə götürmək kifayətdir.

Addım 3.

Hazırlanmış inqredientləri 2 litr həcmi olan qaba boşaldırıq. Üzərinə 2 litr təmiz filtrlənmiş su töküb soyuducuda bir gecə qalmalıdır.

Addım 4.

Hazırlanmış 2 litr məhlulun hamısı gün ərzində içilməlidir. Səhər acqarnına 1 stəkan “Sessi“ suyu içmək lazımdır. Zəncəfil bağırsaqların işini yaxşılaşdırır. “Sassi“ suyu şişkinliyi yatırır, bədəndə olan toksinləri çıxarır, mədə-bağırsaq sistemini qaydaya salır.


Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
15.08.2017
Hemoqlobin: Norma, düşməsinin və yüksəlməsinin səbəbləri
13.08.2017
İsti havada diqqət etməli olduğumuz qidalar
13.08.2017
Xərçəngə qarşı növbəti vasitə
13.08.2017
Gün eynəklərindən gələn təhlükə
10.08.2017
Diabet və qan təzyiqinə qənim kəsilən MÖCÜZƏVİ İÇKİ