Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4819

Digər sorğular

Xocalı uşağı....

23:52  |    20 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Xocalı... Mənim baba ocağım. Sənin qoynunda doğulmaq, böyümək mənə qismət olmadı. Səni anamın kədər dolu gözlərində gördüm. Hər ilin fevral ayında anam qəmə batar, göz yaşlarını saxlaya bilməzdi.

Səriyyə MÜSLÜMQIZI | [email protected]

Sən demə, o qarlı gecədə Xocalı yerlə-yeksan edilib, insanları amansızlıqla qətlə yetirilib. Onların arasında mənim nənəm, dayılarım və böyük bir nəslimiz də varmış. Hələ də onların çoxusunun belə qəbirləri yoxdu. Kətik meşəsində səpələnən sümükləri qalıb. Anam uşaqlıqda qar yağmasını çox sevərmiş. İndi isə qar yağanda kədərlənir. O dəhşətli gecəni Kətik meşəsində qalan doğmalarımızın acı taleyinı yada salır. Hələ də əsirlikdə qalan qohum -əqrabalarımızdan səs-soraq yoxdu.

Onların taleyi bu günə kimi məlum deyil. Bizim nəslimiz 3 dəfə yandırılan Xocalıda zaman-zaman çox itkilər vermişik. Mən Xocalını yazılan kitablarda, çəkilən filimlərdə, anamın acılarla dolu həyatında gördüm. Mənim uşaqlığım belə keçdi. Orta məktəbə getdim. Məktəbdə Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilirdi. O tədbirlərdə mən də şeir söyləyərdim. Şeir söyləyərkən səsim titrəyər, gözlərim dolardı. Sinfimizdə Xocalı uşağı yalnız mən idim. O gün müəllimlərim mənim saçlarıma sığal çəkib bağırlarına basardılar. Dərdimə şərik olardılar. Mən də həmin günü qəm-qüsə içərisində olardım.

Xalam və onun uşaqları bizə gəlib. O günü belə yaşayardılar. Xalam evin böyük övladıdır. O deyirdi ki, bilmirdim neyləyim. Anamızdan, həyat yoldaşımdan xəbər-ətər yox idi. Uşaqlarımı sakitləşdirə bilmirdim.10 yaşlı oğlum nə dinir, nə də danışırdı. Həyat yoldaşım gəlib çıxsa da anamızı itirdik. Xalamın kiçik oğlu oradan qalan qırmızı rəngli çəkməsini, paltosunu yadigar saxladığını söyləyir. Acı xatirələr çoxdu.

Mən yay tətilini çox sevirəm .Yaxşı yadımdadır, yay tətili gələndə sinif yoldaşlarım baba yurdlarına gedər, məktəb açılanda qayıdardılar. Çox istərdim onların yerində olum. Yay tətilini mənə telefonla göndərdikləri şəkillərə baxaraq keçirirdim. İllər ötsə də baba yurduma getmək mənə qismət olmur. O yollar üzümüzə bağlanıb. İndi o yerlərdə şəhid olmuş nənəmin həmyerlilərimin ruhu dolaşır.

Mənim və Xocalı uşaqlarının çiyinlərində bir ağır yük var. Xocalı dərdini valideyinlərimiz bizə ötürür. Xocalı uşaqlarının bircə arzusu, ümüdü var. Baba yurdumuza dönüb onun sönmüş ocağını yandıraq. Yandıraq ki, bir daha sönməsin. Bax onda nigaran ruhlar şad olar.
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
01.03.2016 Bir də o QAR yağacaqmı?
09.05.2015 Salam, ay Şuşam!
26.01.2015 Mən şahidəm!